İş tapacağına ümid edən bir qrup Ağdam sakini fevralın 15-də rayonun Məşğulluq Mərkəzinin qarşısına toplaşıb. Lakin idərədən onlara bildiriblər ki,fevralın 15-nə təyin olunan əmək yarmarkası ləğv olunub. Adını açıqlamaq istəməyən rayon sakini deyir ki, bir ay əvvəldən bu günə iş yarmarkası olacağını öyrənib.
Ağdam sakini bildirir ki, yarmarkanın baş tutmaması Gəncədəki iş yarmarkası zamanı baş verənlərlə bağlıdır. Şikayətçi həmçinin, özünün və rayon camaatının maddi vəziyyətinin yaxşı olmadığını da deyir.
Ağdam rayon icra başçısının birinci müavini Zülfü Qasımov yarmarkanın baş tutmamasını Gəncədəki yarmarka ilə bağlı olduğunu istisna etmir.
Rayonun Məşğulluq Mərkəzinin rəhbəri Elşən Rüstəmov yarmarkanın təxirə salındığını nazirlikdən bir hətfə əvvəl öyrəndiyini və elanı dəyişdiyini deyir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlar və sosial tərəfdaşlarla iş sektorunun böyük məsləhətçisi Flora Məcidzadə deyir ki, nəinki, Ağdam, bu ərəfələrdə bütün rayonlarda nəzərdə tutulan iş yarmarkaları təxirə salınıb.
Nazirliyin mətbuat xidməti iş yarmarkaların təxirə salınmasının Gəncədəki yarmarka ilə bağlılığının olub-olmaması, nəyə görə hazırlıq işləri başa çatmadan iş yarmarkasıyla bağlı elan yaydıqları və sonradan ləğv etdikləri ilə bağlı sualları cavabsız qoyub.
Fevralın 5-ə Gəncə İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan əmək yarmarkası sakinlərin mətbuata verdiyi açıqlamaya görə, formal xarakter daşıdığından etiraz aksiyasına çevrilmişdi.
__
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646