”Ağdam icra başçısı məhkəməyə çağırılsın”

Dələduzluqda təqsirləndirilən şəxs: “Pulları ona vermişəm”

Source:
Teylor Fətişoğlu
Teylor Fətişoğlu


Dələduzluqda təqsirləndirilən şəxs: “Pulları ona vermişəm”

Bakı Ağır Cinayətlər Məhkəməsində oktyabrın 17-də eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olmuş Teylor Fətişoğlunun (İbrahimov) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

O, dələduzluqda təqsirləndirilir.

Məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən T.İbrahimov Ağdam Rayon icra başçısı Raqub Məmmədovun məhkəməyə dəvət olunması ilə bağlı vəsatət qalıdırıb.

T.İbrahimov deyib ki, o, cinayət işində sadəcə vasitəçi olub:

“Bütün pullar Ağdamın icra başçısı Raqub Məmmədova verilib. Mən pulları aparıb çanta ilə ona vermişəm. Zərərçəkmişlər pullarını Raqub Məmmədovdan tələb etməlidirlər. Xahiş edirəm, işə mahiyyəti üzrə baxın. Onu məhkəməyə niyə dəvət etmirsiniz?”.

Hakim isə qeyd edib ki, ibtidai istintaq orqanı R.Məmmədov barəsində cinayət işi başlamayıb:

“Biz yalnız sizə qarşı irəli sürülən ittihamlara baxırıq”.

Hakim onu da deyib ki, digər şahidlərlə yanaşı, R.Məmmədovun da məhkəməyə gəlməsi üçün tədbirlər görüləcək.

Proses oktyabrın 31-dək təxirə salınıb.

T.İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək, onun 15 min 500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.

Digər zərərçəkmiş Zaur Məmmədova isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.

O, 20-dən çox zərərçəkmişə qarşı ümumilikdə 100 min manatdan çox ziyan vurmaqda günahkar bildirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Ana səhifəXəbərlər”Ağdam icra başçısı məhkəməyə çağırılsın”