AFFA-nın sabiq prezidentinin bacısı ilə ərinin qətlə yetirildiyi deyilir

Qadının ağzı lentlə bağlı olub

Source:


Qadının ağzı lentlə bağlı olub

Fevralın 24-də Tovuz şəhərində baş verən yanğında meyitləri tapılan ər arvadın qətlə yetirildiyi bildirilir.

APA hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata əsasən

yazır

ki, meyiti aşkarlanan 1950-ci il təvəllüdlü Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və onun həyat yoldaşı, 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

Bildirilir ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

P.Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdır və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.

Yanğın hadisəsi ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Ramiz Mirzəyev 2003-2007-ci illərdə AFFA-nin prezidenti olub, 2007-ci ildə vəfat edib.

Ana səhifəXəbərlərAFFA-nın sabiq prezidentinin bacısı ilə ərinin qətlə yetirildiyi deyilir