Buna İcraiyyə Komitəsinin iclasında qərar verilib
Aprelin 13-də AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib. İclas qurumun inzibati binasında baş tutub.
İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib.
Bundan başqa, digər məsələlər də müzakirəyə çıxarılıb. İclasda De Byazinin Azərbaycan millisindəki işinə davam etməsinə qərar verilib.
Azərbaycan yığması seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.