ADO heç bir dövlət qurumundan icazə almadan küçə tamaşaları göstərəcək

Teatr rəhbərliyi məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək

Source: Meydan Tv


Teatr rəhbərliyi məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək

Azərbaycan Dağınıq Oda Teatrının (ADO) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı məhkəmə prosesi yekunlaşıb.

Ali Məhkəmə bundan öncəki

Apelyasiya

Məhkəməsinin qərarını qüvvədə saxlayaraq, ADO teatrının iddiasını təmin etməyib. Apelyasiya Məhkəməsi teatrın xeyrinə çıxarılan birinci instansiya məhkəməsinin qərarını ləğv etmişdi.

Bu haqda məlumatı Meydan TV-yə teatrın rəhbəri, rejissor Elmin Bədəlov verib.

ADO teatrı bir çox ölkədə, o cümlədən Gürcüstanda küçə tamaşaları göstərib, lakin teatrın Azərbaycanda küçə tamaşaları təşkil etməsi üçün icazə verilmir.

Mədəniyyət və Turizm Nazirliyi icazəni Bakı Şəhər İcra Hakimiyətinin, icra hakimiyyəti isə nazirliyin vermədiyini söyləyir. Teatr məsələni iki dövlət qurumunun öz aralarında həll etməsini istəyib, ancaq buna nail ola bilməyib.

Elmin Bədəlov deyib ki, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ADO-ya bu məsələ ilə bağlı cavab verməkdən imtina edir:

“Artıq ölkədaxili bütün hüquqi prosedurlar yekunlaşdığı üçün teatr verilən qərarla razılaşmır və heç bir quruma müraciət etmədən performanslarını

küçədə

nümayiş etdirməyə cəhd edəcək. Bundan sonra teatr heç bir dövlət qurumundan icazə almadan küçə performansları nümayiş etdirəcək”.

Teatr rəhbərliyi məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

Ana səhifəXəbərlərADO heç bir dövlət qurumundan icazə almadan küçə tamaşaları göstərəcək