Abşeronda evdə partlayış olub, üç yaşlı qız ölüb

Faktla bağlı araşdırma aparılır

Source:
foto APA
foto APA


Faktla bağlı araşdırma aparılır

Hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə  alınıb.

Qəsəbə  sakini Müşfiq Qurbanova məxsus 2 mərtəbəli fərdi evdə baş verən partlayışa qaz sızması səbəb olub.

Partlayışda ölən və xəsarət alanların adı məlum olub.

APA-nın məlumatına görə, partlayış nəticəsində 3 yaşlı Banıçiçək Qurbanlı dünyasını dəyişib.

Respublika Yanıq Mərkəzindən bildirilib ki, evin sahibi, 44 yaşlı Müşfiq Qurbanov, onun həyat yoldaşı, 44 yaşlı Şəbruz Novruzova və övladları, 12 yaşlı Leyla Qurbanlı yanıq xəsarətləri ilə Mərkəzə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlərAbşeronda evdə partlayış olub, üç yaşlı qız ölüb