Barak Obama: Türkiyədə seçilmiş hökumət dəstəklənməlidir
ABŞ prezidenti Barak Obama Türkiyədə hərbçilərin çevriliş cəhdiylə bağlı açıqlama verib.
Məlumatı Haberturk yayıb.
Barak Obama bildirib ki, Türkiyədə seçilmiş hökumət dəstəklənməlidir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədəki son hadisələrlə bağlı hər an məlumat aldıqlarını deyib: “Biz hər hansı ölümə gətirən hadisədən uzaq durulması və bütün problemlərin Konstitusiya əsasında çözülməsini vacib hesab edirik”.
Almaniya kansleri Angela Merkelin sözçüsü Steffen Seibert Twitter hesabında Almaniyanın Türkiyənin seçilmiş hökumətinin yanında olduğunu yazıb.
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson həmkarı Mövlud Çavuşoğluyla əlaqə saxlayaraq seçilmiş hökumətin yanında odluğu mesajını verdiyini söyləyib.
Yunanistanın baş naziri Aleksis Çipras sosial mediada yaydığı açıqlamasında “Türkiyədəki son hadisələri yaxından izləyən Yunan hökuməti və xalqı demokratiyanı və Anayasanı dəstəkləyir” deyə bildirib.