ABŞ Leyla Yunusu azad etməyə çağırır

Dövlət Departamentinin sözçüsü fundamental hüquqlardan istifadə etdiyinə görə saxlanan şəxsləri azadlığa buraxmağa çağırıb.

Source:

Birləşmiş Ştatlar Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun hələ də həbsdə saxlanmasından narahatlığını bildirib. ABŞ Dövlət Departamenti qeyd edib ki, Leyla Yunus səhhətinin pisləşməsinə baxmayaraq, lazımi tibbi xidməti ala bilmir.

Dövlət Departamentinin sözçüsü Jen Psaki hakimiyyəti fundamental hüquqlardan istifadə etdiyinə görə saxlanan şəxsləri azadlığa buraxmağa çağırıb. Bunun üçün isə sağlıq durumu pis olanlardan başlanmalı olduğunu bildirib. Leyla və Arif Yunuslar ilk buraxılmalı olanların arasındadır.

57 yaşlı Leyla Yunus iyulun 30-da Ermənistana casusluq etməkdə, qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunaraq saxlanıb.

Ana səhifəXəbərlərABŞ Leyla Yunusu azad etməyə çağırır