Hesabatda terror təhlükəsindən bəhs edilir
Donald Tramp administrasiyası 2019-cu ildə təhlükəli terror təhdidlərinin davam etdiyini deyib, – RFE/RL xəbər verir.
Dövlət Departamentinin 24 iyun tarixli illik hesabatında keçən il ağ supremasist hücumların artdığı bildirilir.
Hesabatda İran “terrorizmin sponsor dövləti” olaraq qiymətləndirilib.
Qeyd edilir ki, Tehran əl-Qaidənin İranda fəaliyyətinə ekstremist qrupun üzvlərinin ölkədə məskunlaşmasına imkan yaradıb. Bununla yanaşı Tehran Əfqanistan və Suriyadakı münaqişə zonalarına maddi vəsait və döyüşçü göndərərək terrorizmə dəstək verib.
“Nəhayət, İran rejimi Bəhreyn, İraq, Livan, Suriya və Yəməndə zorakılığa həm birbaşa, həm də dolayı yolla dəstək olub”,- deyə hesabatda qeyd olunur.
Hesabatda o da vurğulanır ki, İraq və Suriyada ərazi itirməsinə və ya liderlərinin öldürülməsinə baxmayaraq, İŞİD ekstremist qruplaşması “mübarizəni davamçılarını adaptə edərək və onları hücumlar etməyə ruhlandıraraq davam etdirir”.
Bununla yanaşı qeyd edilir ki, İran, İŞİD qruplaşması və Əl-Qaidə ötən il ciddi uğursuzluqlar yaşayıb. Onların ən üst rəhbərləri öldürülüb.
Dövlət Departamentindən verilən məlumata görə, ağ millətçilər tərəfindən törədilən hücumlar xüsusi narahatlıq doğurur və “dünya birliyi üçün ciddi təhlükə” hesab edilir.
Hesabatda 2019-cu ildə Yeni Zelandiya, Almaniya və ABŞ-da çoxsaylı belə hücumların olduğu qeyd edilib.