ABŞ-ın yeni səfiri fevralın 12-də gələcək

Robert Sekyuta 2014-cü ilin yayında Azərbaycanı tərk etmiş Riçard Morninqstarı əvəz edib

Source:


Robert Sekyuta 2014-cü ilin yayında Azərbaycanı tərk etmiş Riçard Morninqstarı əvəz edib

ABŞ-ın Azərbaycanda yeni səfiri Robert Sekyuta Azərbaycana fevralın 12-də gələcək, bu barədə ABŞ səfirliyinin Twitter-dəki səhifəsində bildirilir.

Bir müddət əvvəl Robert Sekuta ABŞ dövlət katibinin energetika məsələləri üzrə köməkçisinin müavini vəzifəsində, habelə Tokio (2007-2009-cu illər) və Berlində (2003-2007-ci illər) diplomatik missiyalarda işləyib.

Robert Sekyuta Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistrıdır.

2014-cü ilin dekabrında Robert Sekyuta ABŞ Senatı tərəfindən təsdiq edilib. Bu vəzifədə o, 2014-cü ilin yayında Azərbaycanı tərk etmiş Riçard Morninqstarı əvəz edib.

Ana səhifəXəbərlərABŞ-ın yeni səfiri fevralın 12-də gələcək