ABŞ Dövlət Departamenti Əfqan Muxtarlının həbsindən narahatdır

”Onun Gürcüstanda oğurlanması ilə bağlı aparılan istintaqı yaxından izləyirik”

Source:


”Onun Gürcüstanda oğurlanması ilə bağlı aparılan istintaqı yaxından izləyirik”

ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalist Əfqan Muxtarlının həbsiylə bağlı açıqlama yayıb.

Bildirilir ki, Birləşmiş Ştatlar mayın 30-da azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidən Azərbaycana qaçırılıb həbs edilməsini dərin narahatlıq hissi ilə qarşılayır:

“Biz həmçinin mayın 25-də Azərbaycanda Xalq Cəbhəsi partiyasının sədri Gözəl Bayramlının da həbsinə görə narahatıq”.

Dövlər Departamenti Azərbaycan hökumətinə beynəlxalq və ATƏT qarşısındakı öhdəliklərini xatırladaraq həbs olunanları azad etməyə çağırır.

“Eyni zamanda jurnalistin Gürcüstanda oğurlanması ilə bağlı aparılan istintaqı yaxından izləyirik və bu prosesin ətraflı, şəffaf və vaxtında aparılmasına çağırırıq”.

AXCP sədrinin müavini Gözəl Bayramlı

mayın 25-i

axşam Gürcüstandan Azərbaycana keçərkən sərhəddə saxlanılıb. Onun haqqında CM-nin 206-cı (qaçaqmalçılıq) maddəsilə cinayət işi açılıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin təqdimatı əsasında Səbayel Rayon Məhkəməsi G.Bayramlə haqda 3 ay həbs-qətimkan tədbiri seçib.

Jurnalist Əfqan Muxtarlı isə

mayın 29-u

Gürcüstandan Azərbaycana gətirilib. Onun barəsində Cinayət Məcəlləsinin 315.2, 318.1 və maddələri ilə cinayət işi açılıb.

Jurnalistə 3 aylıq həbs cəzası verilib.

Jurnalist məhkəmədə Gürcüstandan zorla gətirildiyini deyib. Ona işgəncə verildiyini və cibinə 10 min avro pul qoyduqlarını söyləyib

Ana səhifəXəbərlərABŞ Dövlət Departamenti Əfqan Muxtarlının həbsindən narahatdır