”Mollanı gətirirlər, general yasa gəlsin”

Jurnalist Əfqan Muxtarlıya qarşı yeni ittiham irəli sürülüb

Source:

Mayın 31-də jurnalist Əfqan Muxtarlıya qarşı yeni ittiham irəli sürülüb.

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Jurnalist Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə də təqsirləndirilir: “İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, guya jurnalist sərhədi qanunsuz keçərkən sərhəd xidmətinin gizirinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib. Əfqan Muxtarlı dedi ki, belə bir şəxsi görməyib və onu Tbilisidə tutanlar polis formasında olublar. Jurnalist onu sərhəd xidmətindən keçirəndə avtomobilin içində olduğunu söyləyib:

Jurnalisti sərhəddən keçirındə bir generala zəng edib deyiblər ki, mollanı yasa gətirdilər, artıq yasa gələ bilər”.

Vəkilin sözlərinə görə,, Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Onlar məhkəmə zalında ekspertiza aparılması vəsatətini qaldırsalar da, hakim rədd edib. Eyni zamanda, dövlət nəzarət xidmətinin video yazılarının gətirilməsi vəsatəti qaldırılıb. Amma məhkəmə bu vəsatəti də təmin etməyib.

Vəkil qərardan narazı olduqlarını və apelyasiya şikayəti verəcəklərini deyib.

Ana səhifəXəbərlər”Mollanı gətirirlər, general yasa gəlsin”