ABŞ-dan Azərbaycanın Laçında buraxılış məntəqəsi yaratmasına reaksiya (yenilənib)

Laçın yolu. Foto: DSX

Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi Parisə cavab verib.

Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilib ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkənin suveren və legitim hüququdur:

“Bu addımın Üçtərəfli bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiasının heç bir əsası yoxdur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək”.


Rusiya tərəflərə xəbərdarlıq edir, Fransa öhdəliklərə əməl etməyə çağırır

ABŞ Dövlət Departamenti Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasına münasibət bildirib.

Dövlət Departamenti bu addımın sülh prosesinə etimadı sarsıda biləcəyindən narahatdır.

Bu barədə aprelin 23-də Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel açıqlama verib.

Məlumatı ABŞ-ın ölkəmizdəki səfirliyi yayıb.

Bir daha bildiririk ki, Laçın dəhlizində insanların və ticarətin sərbəst və açıq hərəkəti olmalıdır. Tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribatlardan və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq”, – deyə Patel əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyi aprelin 24-də yaydığı bəyanatda Azərbaycan və Ermənistanı dərhal mövcud razılaşmalara qayıtmağa çağırır:

Hədsiz narahatlıqla atəşkəs rejiminin pozulması hallarının artmasını qeyd edirik. Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq”.

Biz həmçinin xarici Qərb oyunçularını və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob elementləri Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, – deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

ABŞ, Rusiya və Fransa. Foto: OnePixelStudio/shutterstock

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında isə qeyd olunub ki, bu addım atəşkəs sazişləri üzrə götürülmüş öhdəliklərə ziddir və danışıqlar prosesinə ziyan vurur.

Fransa Azərbaycanı beynəlxalq öhdəliklərinə riayət etməyə, xüsusən Beynəlxalq Məhkəmənin 22 fevral tarixli qərarında qeyd edilmiş, məcburi olan müvəqqəti tədbirləri həyata keçirməyə çağırır”, – deyə XİN bildirib.

Aprelin 23-də Azərbaycan birtərəfli olaraq öz ərazisində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, məqsəd Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının almaqdır.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətABŞ-dan Azərbaycanın Laçında buraxılış məntəqəsi yaratmasına reaksiya (yenilənib)