”Kompensasiya verilməsi asan məsələ deyil”
Hökumət Bayıl sürüşmə zonasından köçürülməli olan 97 ailəyə birdəfəlik kompensasiya verilməsi məsələsi üzərində çalışsa da, bunun asan məsələ olmadığını hesab edir.
Bu barədə baş nazirin müavini Abid Şərifov APA-ya
danışıb
.
O, bildirib ki, kompensasiya hər ev üçün kvadrat/metrə uyğun hesablanacaq:
“Ancaq qiymətləndirmə “Sovetski”dəki kimi olmayacaq. Çünki Bayıl sürüşmə zonasında tikiilən 97 ev sənədsiz, qanunsuzdur. İstənilən halda vəsait hər kvadrat/metr üçün vəsait hesablanacaq. Vəsaitin miqdarını indidən demək olmaz”.
O, xatırladıb ki, köçürülən ailələrə 11 aylıq kirayə haqqı verilir:
“Bayılda sürüşmə zonasında uçan 6 ev üçün kompensasiya yaxın 10 gün ərzində veriləcək”.
Abid Şərifov
deyib
ki, Bayıl zonasında tikinti aparmaq olmaz.
“Ümumiyyətlə, sürüşmə zonalarında ev tikintisi qəti qadağandır. Nazirlər Kabineti 3 il əvvəl sürüşmə zonaları ilə bağlı qərar verib. İstər Abşeronda, istər Azərbaycanın başqa bölgələrində Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri tərəfindən sürüşmə zonaları müəyyən edilib və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib. Tapşırılıb ki, sürüşmə zonalarında tikinti aparmaq olmaz, bu, qəti qadağandır. Nəticəsi də göz qarşısındadır. Bayıl zonasında tikinti aparmaq olmaz”.
Bir müddət əvvəl Bayılda sürüşmənin aktivləşməsi nəticəsində ərazidəki 6 evə ziyan dəyib, 90-dan çox evin sakini ərazidən
köçürülüb
. Sürüşmə zamanı tam dağılmış fərdi yaşayış evlərinin sahiblərinə veriləcək birdəfəlik kompensasiyanın məbləği müəyyən edilərək Nazirlər Kabinetinə təqdim olunub.