Abgül Süleymanov məhbəsdən ismarıc yolladı

“Salam olsun haqq yolu tutub, gedən Mövsümlərə, Talelərə, Zülfüqarlara”

Source:
Abgül Süleymanov
Abgül Süleymanov


“Salam olsun haqq yolu tutub, gedən Mövsümlərə, Talelərə, Zülfüqarlara”

Həbsdə olan Hacı Abgül Süleymanov həbsxanadan ictimaiyyətə ismarıc göndərib. Məhbusun yaxınlarının Meydan TV-yə təqdim etdiyi ismarıcda deyilir:

“Bu gün ölkədə minlərlə İslam dəvətçisindən meydanda yalnız bir neçə nəfər qalıb. Həmin bir neçə nəfəri də iqtidar, terror və hakim quruluşun zülmü qorxutmadı, azadlıq və əmin-amanlıq tələblərini susdura bilmədi və bilməyəcək, Allahın izni ilə. Əksinə onlar haqqa dəvət edərək, müqavimət göstərib, əzm və səbatla öz yollarına davam etdilər. Onlar zalım hakimiyyətin iradəsi altında inildəyən cəmiyyətlə bərabər hərəkət etməkdən yoruldular və xalqı gözləməyib, öz bezarlıqlarını sözləri və əməlləri ilə bildirirlər.

Salam olsun haqq yolu tutub, gedən Mövsümlərə, Talelərə, Zülfüqarlara”.

Abgül Süleymanov “Cəfəri heyət” dini təşkilatının rəhbəridir. 2012- ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Süleymanovun sədrliyi ilə keçirilən prosesdə 11 il həbs cəzasına məhkum edilib. Ona qarşı iğtişaş törətmək, ictimai təhlükəsizliyin pozulmasına cəhd və adamları itaətsizliyə təhrik etmək ittihamı irəli sürülüb.

Tərəfdarları A.Süleymanovun həbsini hicab qadağasına qarşı Bakıda keçirdiyi aksiyalar və hakimiyyətə münasibətdə tənqidi mövqe tutması ilə bağlayırlar.

Ana səhifəXəbərlərAbgül Süleymanov məhbəsdən ismarıc yolladı