“Abdulla Abdullayevin barəsində yayılan xəbərlər əsassızdır”

Osman Kazımov: “Əgər hakimiyyət Cahangir Hacıyevi həbs etmək istəyirsə, bunun üçün istənilən qədər səbəb tapa bilər”

Source:


Osman Kazımov: “Əgər hakimiyyət Cahangir Hacıyevi həbs etmək istəyirsə, bunun üçün istənilən qədər səbəb tapa bilər”

Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin əleyhinə ifadə vermək şərtilə “AMAY” rəhbəri Abdulla Abdullayevin azadlığa buraxılması haqda yayılan xəbərlər əsassızdır. Bunu Turan-a A.Abdullayevin vəkili Osman Kazımov bildirib.

Vəkilə görə, əgər hakimiyyət C.Hacıyevi həbs etmək istəyirsə, bunun üçün istənilən qədər səbəb tapa bilər və bu məsələdə A.Abdullayevin ifadəsinə ehtiyac yoxdur. Onun fikrincə, digər tərəfdən bu xəbəri yayanlar, görünür, A.Abdullayevin xarakterinə bələd deyillər. “Əgər onlar onun xarakterinə bələd olsaydılar, bu xəbərləri yaymazdılar”, – deyə vəkil müdafiə etdiyi şəxs haqda bildirib.

O.Kazımov A.Abdullayev barəsində yayılan bu səpkili xəbərlərin inandırıcı olmadığını xüsusi vurğulayıb.

Vəkil eyni zamanda A.Abdullayev üzərində məhkmənin nə vaxt davam edəcəyi sualını da cavablandırıb. Məhkəmənin nə zaman başlayacağını dəqiq deyə bilməyən vəkil bunun Avropa Oyunları başa çatdıqdan sonra ola biləcəyi ehtimalını nəzərə çatdırıb.

Ana səhifəXəbərlər“Abdulla Abdullayevin barəsində yayılan xəbərlər əsassızdır”