Abdolbari Goozal: Zərərlə işləyirik

“Biz bu yükün bir miqdarını çiynimizdə daşıdıq”

Source:


“Biz bu yükün bir miqdarını çiynimizdə daşıdıq”

Azərbaycanın əsas qida məhsulları istehsalçılarından olan “Azersun Holding” bu il zərərlə işləyir.

Bunu Holdinqin prezidenti Abdolbari Goozal bildirib (report.az).

Sahibkar bildirib ki, fevral ayında manatın devalvasiyasından sonra satış qiymətlərinin artmaması üçün işlər görülüb: “Azərbaycan dünyada devalvasiyanın təsirlərini ən uğurlu şəkildə dəf edib. Bu məsələdə “Azersun Holding”in də rolu böyükdür. Biz bu yükün bir miqdarını çiynimizdə daşıdıq. Şirkətimiz bu il indiyə kimi zərərlə işləyib, problem deyil. Əvvəlki illərdə qazancımız olub, bir il də zərərlə işləyərik”.

A.Goozal, həmçinin əlavə edib ki, indiyədək heç bir məhsulda devalvasiyaya adekvat – 35 faiz bahalaşma qeydə alınmayıb.

Ana səhifəXəbərlərAbdolbari Goozal: Zərərlə işləyirik