Abbas Hüseynovun qardaşı saxlanılıb

Onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilir

Source:


Onun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilir

Hazırda “Nardaran işi” üzrə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Abbas Hüseynovun qardaşı Hüseynağa Hüseynov da saxlanılıb. Bu barədə “Azadlıq” qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, 30 yaşlı Hüseynağa Məmmədbağır oğlu Hüseynovu oktyabrın 5-də, saat 20.30 radələrində yaşadığı evin yaxınlığında zorla maşına mindirib aparıblar.

Məlumata görə, Hüseynağa Hüseynovu həbs etməyə iki maşın silahlı gəlib. Onlar yaxınlaşaraq, Hüseynağa Hüseynovun kim olduğunu soruşublar. Özünü təqdim edəndən sonra onu zorla naməlum istiqamətə aparıblar. Yaxınları onun yerini müəyyənləşdirmək üçün müxtəlif polis idarələrinə müraciət ediblər. Sonradan öyrəniblər ki, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) aparıblar. Onun hansı səbəbdən saxlanıldığı barədə yaxınlarına heç bir məlumat verilmir.

Ana səhifəXəbərlərAbbas Hüseynovun qardaşı saxlanılıb