9 əsgərimiz şəhid oldu (yenilənir)

Qazaxın Quşçu Ayrım kəndinə də gediş-gəliş yolu, o cümlədən Məzəm və Abbasbəyli kəndlərinə də əsas yol bağlanıb.

Source:

Saat 17-də Müdafiə Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

APA MN-nin Mətbuat xidmətinə istinadən bildirir ki, işğalçı Ermənistan Silahlı Qüvvələri son günlər fəallaşaraq Ermənistan-Azərbaycan dövlət sərhəddinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini planlı şəkildə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə basqın ediblər: “Ermənistan ordusunun kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin bütün həmlələrini dəf edib. Şiddətli döyüşlər nəticəsində ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Nəticədə 3 gün ərzində gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 8 nəfər hərbi qulluqçusu həlak olub”.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xətti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır və şəhid olmuş hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq.

 ***

Cəbhədə şəhid olmuş Azərbaycan hərbçilərinin sayı 9-a çatdı

APA-nın Qarabağ bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq, Abdinov Hüseyn Etibar oğlunu xilas etmək mümkün olmayıb.

Sumqayıt şəhərindən hərbi xidmətə çağırılmış H. Abdinov hospitalda vəfat edib.

Bir daha şəhid olan əsgərlərimizin adlarını təqdim edirik:
Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu

– Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov

– Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov

– Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov

– Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov

– Quba rayonundan hərbi xidmətə çağırılmış Elnur İbrahimov

– Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov

– Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu
– Sumqayıt şəhərindən hərbi xidmətə çağrılmış Abdinov Hüseyn Etibar oğlu…

***
Publika.az saytı şəhidlərimizdən 4 nəfərinin adını açıqlayıb: “Salyan rayon Seyidsadıqlı kənd sakini Məmmədov Səftər Əlihüseyn oğlu, onun valideynlərinə oğullarının şəhid olması barədə məlumat verilib. Oğuz rayonundan hərbi xidmətə çağırılan Vüqar Poladov, Elnur İbrahimov və Əhmədov Qaryağdı Eldar oğlu”.

Millətimizin Başı Sağ Olsun!


***


Qazaxın Quşçu Ayrım kəndinə də gediş-gəliş yolu, o cümlədən Məzəm və Abbasbəyli kəndlərinə də əsas yol bağlanıb.

Erməni Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusu itkilərə məruz qalıb.

Hadisə ıyulun 31-də axşam saatlarında Qazax rayonunun Kəmərli kəndində baş verib. Yerli sakinlərin “Azerlife” saytına verdiyi məlumata görə, atışma nəticəsində Qazax rayonunun Cəfərli kəndində anadan olmuş 1977-ci il təvəllüdlü, gizir İsa Ziyad oğlu Almazov şəhid olub.

Kəmərli kənd sakinlərinin bildirdiyinə görə, Qazaxın Quşçu Ayrım kəndinə də gediş-gəliş yolu, o cümlədən Məzəm və Abbasbəyli kəndlərinə də əsas yol bağlanıb. Sakinlər mümkün yolla qadın və uşaqların təhlükəsizliyini təmin etməyə çalışırlar.

APA-nin məlumatına görə, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.

Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olduğu bildirilsə də, başqa mənbələr 11 şəhid verdiyimizi göstərir.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilir ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

“Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Təəssüflər olsun ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri də itki verib” – deyə nazirliyin məlumatında bildirilir.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir!

axar.az erməni tərəfinin  2 nəfər itki verdiyini bildirir və informasiyanı qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi”nin yaydığını qeyd edir.

Məlumatda öldürülən şəxslərin hər ikisinin 1994-cü il təvəllüdlü olduğu deyilib. Onların adlarının Ararat Vaçikoviç Xanoyan və Azat Arturoviç Asoyan olduğu bildirilib.

Ana səhifəXəbərlər9 əsgərimiz şəhid oldu (yenilənir)