7-ci mərtəbədən düşdü, sağ qaldı

İntihara cəhd edən gənc xəstəxanaya yerləşdirilib

Source:


İntihara cəhd edən gənc xəstəxanaya yerləşdirilib

Bakıda 22 yaşlı gənc özünü hündürlükdən ataraq intihara cəhd edib. Lent.az-ın məlumatına görə, hadisə fevralın 20-də Günəşli qəsəbəsində baş verib. Özünü qəsəbədəki doqquzmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən atan 1994-cü il təvəllüdlü Vahabzadə Orxan Azad oğlu xoşbəxtlikdən sağ qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, müayinə zamanı özünü 7-ci mərtəbədən atan gəncin bədənində sınıq aşkarlanmayıb. Ona bədənin müxtəlif nahiyyələrinin əzilməsi və küt zədələnmə diaqnozu qoyulub.

Yaxınlarının bildirdiyinə görə, O.Vahabzadə bir müddətdir ki, xəstəlikdən əziyyət çəkir və bu səbəbdən həyatına son qoymaq istəyib.

Faktla bağlı araşdırma aparılır.

Ana səhifəXəbərlər7-ci mərtəbədən düşdü, sağ qaldı