46 polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib

Mahmud Hacıyev: ”2013 və 14-cü ilin hesabatı olmadığından müqayisə aparmaqda çətinlik çəkirəm”

Source:
DİN
DİN
DİN
DİN


Mahmud Hacıyev: ”2013 və 14-cü ilin hesabatı olmadığından müqayisə aparmaqda çətinlik çəkirəm”

Ombudsman Aparatının Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində polis orqanları ilə bağlı 2 319 müraciət daxil olub. Şikayətlərdə əsasən vətəndaşların polis əməkdaşları tərəfindən, o cümlədən təhqiqat və istintaq zamanı təhqirlərə və təzyiqlərə məruz qalması, kobud rəftara yol verilməsi, qanunazidd fiziki güc tətbiq edilməsi, şikayət əsasında toplanmış material üzrə təhqiqatın və ya başlanmış cinayət işi üzrə istintaqın qeyri-obyektiv, qərəzli və ləng aparılması, qəbul edilmiş prosessual qərarın surətinin verilməməsi, müraciətlərin nəticəsiz qalması və ya müraciətlərə baxılmasında süründürməçiliyə yol verilməsi kimi hallar öz əksini tapıb.

Bu barədə “Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində bildirilir.

Keçən il Müvəkkilin Daxili İşlər Nazirliyinə müraciətinə əsasən aparılan xidməti tədqiqatla təsdiqini tapan 10 fakt üzrə 14 əməkdaş intizam məsuliyyətinə cəlb olunub. Belə ki, kobud rəftara görə 3 fakt üzrə 4 əməkdaşdan 1-i tutduğu vəzifədən azad edilib, 2-nə “şiddətli töhmət”, 1-nə “töhmət” elan olunub, həmçinin polis əməkdaşlarının xidməti fəaliyyəti ilə bağlı olan 7 fakt üzrə intizam məsuliyyətinə cəlb edilən 10 əməkdaşdan 1-i tutduğu vəzifədən azad edilib, 4-nə “şiddətli töhmət”, 5-nə isə töhmət elan olunub.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən, ümumilikdə insan hüquq və azadlıqlarının pozulması ilə bağlı nazirliyə daxil olan və təsdiq olunan 284 fakt üzrə 369 əməkdaş intizam məsuliyyətinə cəlb edilib (onlardan 126-sı vətəndaşlarla kobud rəftar, 56-sı polisə əsassız gətirmə və saxlama, 68-i sürücülərin hüquqlarının pozulması, 6-sı əsassız cinayət məsuliyyətinə cəlb etmə, 3-ü əcnəbilərin və vətəndaşlığı olmayanların hüquqlarının pozulması, 26-sı isə digər faktlar). Onlardan 46 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric edilib, 32 əməkdaş tutduğu vəzifədən azad edilib, 291 əməkdaş barəsində isə digər intizam tədbirləri görülüb.

Mahmud Hacıyev
Mahmud Hacıyev

Hesabatı Meydan TV-yə şərh edən sabiq polis zabiti Mahmud Hacıyev düşünür ki, sadalanan rəqəmlər yalan deyil, statistikaya əsaslanır: “Sadəcə, bizdə 2013 və 14-cü ilin hesabatı olmadığından müqayisə apara bilmirik. Rəqəmlərə baxdıqda, belə nəticə alınır ki, cəzalar verilirsə, nazirliyik öz işçiləri haqqında tədbir görür. Bütün hallarda əvvəlki illərin rəqəmləri olmadığından müqayisə aparmaqda çətinlik çəkirəm”.

Mahmud Hacıyev ombudsmanın rəqəmləri DİN-in Daxili Təhqiqatlar İdarəsindən götürdüyünü dedi. Bu idarə öz işçilərinə qarşı xidməti təhqiqat aparır.

Ana səhifəXəbərlər46 polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib