Ümumilikdə ölkəyə 2 922 xarici vətəndaşın girişi yasaqlanıb
Bu ilin 6 ayı ərzində 418 Azərbaycan vətəndaşı Gürcüstan Respublikasına buraxılmayıb.
Məlumatı APA Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən yayıb.
Xəbərdə deyilir ki, 2017-ci ilin 6 ayı ərzində ümumilikdə 2 922 xarici vətəndaşın Gürcüstana girişinə icazə verilməyib.
Gürcüstana buraxılmayanlar arasında Hindistan vətəndaşları (571 nəfər) çoxluq təşkil edir. 492 Türkiyə vətəndaşı, 230 Rusiya vətəndaşı, 175 Suriya vətəndaşı və 171 Özbəkistan vətəndaşının da Gürcüstana girişə icazə verilməyib.
DİN-in məlumatında qeyd olunub ki, əcnəbi vətəndaşların ölkəyə buraxılmamasının səbəbləri qanun pozuntuları, deportasiya, viza və sərhəd rejiminin pozulmasıdır.