Xəstələrdən 22 nəfərə ilkin tibbi yardılm göstərildikdən sonra ambulator müalicəyə buraxılıb
“Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində təxliyyə olunanlardan 31 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib.
Xəstəxananın baş həkimi Həbib Yüzbaşıyev APA-ya bildirib ki, xəstələrdən 22 nəfərə ilkin tibbi yardılm göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
“8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Vəziyyətləri qənaətbəxşdir. Onların müalicələri davam etdirilir” deyə, baş. həkim bildirib.
H. Yüzbaşıyevin bildirdiyinə görə, yanıq xəsarətləri ilə daxil olmuş bir nəfər isə Respublika Yanıq Mərkəzinə göndərilib.
Stasionara qəbul olunan xəstələrin siyahısı və diaqnozları:
Rəcəbov Mərdan-qabırğa sınığı
Məmmədov Allahverdi-bazunun sınığı
Əliyeva Məlahət-bel fəqərəsinin sınığı
Hüseynov Rəşid-kəllə beyin silkələnməsi
Abbasov Mais-alın nahiyyəsinin kəsilmış, cırılmış yarası
Əliyev Ənvər-alın nahiyyəsinin burun göz altı yarası
Cəfərov Faiq-hipotermiya,başın yumşaq toxumaların əzilməsi
Orucov Atakişi-hipotoniya,yumşaq toxumaların əzilməsi