3 şirkət ləğvetmə mərhələsinə daxil olub

Bu şirkətlərin fəaliyyəti barədə heç nə məlum deyil

Source:


Bu şirkətlərin fəaliyyəti barədə heç nə məlum deyil

Oliqarxlara bu və ya digər formada yaxın olan üç şirkət ləğvetmə mərhələsinə daxil olub. “Balitor”, “Avion” və “Petrol-Servis” şirkətlərinin ləğv edilməsi barədə məlumat “Vergilər” qəzetində dərc edilib.

Məlumatı “Turan İA” yayıb.

Hər üç şirkətin direktoru eyni şəxs – Sadiq Əliyevdir. İlk iki şirkət Bakı şəhəri Süleyman Rüstəm, ev 9, m. 4 ünvanında yerləşir. Kommersiya şəxslərin dövlət reyestrinə əsasən, “Balitor” MMC-nin təsisçisi “Solos” MMC-dir. Hər ikisi 2010-cu ildə Kommersiya hüquqi şəxslərin dövlət reyestri ictimaiyyət üçün açıq olanda  təsis edilib. Amma onda da “Solos” MMC-nin təsisçisinin (təsisçilərinin) adı açıqlanmayıb. Amma onun direktoru olan Əşrəf Kamilov ən azı iki holdinqə (Akkord və Synergy Group) nəzarət edir. Onun “AtaBank”, “Bank VTB (Azerbaycan)” və başqa şirkətlərdə də payı var.

“Solos” MMC-nin direktoru vəzifəsi bu gün vakantdır.

Ə.Kamilov bir müddət Vergilər Nazirliyində işləyib.

“Avion” MMC-nin təsisçisi kimi 2009-cu ildə Səid Əliyev çıxış edib. O da  Vergilər Nazirliyində işləyib və Kamilovla biznes münasibətləri olub.

Bu şirkətlərin (“Balitor”, “Avion”) fəaliyyəti barədə heç nə məlum deyil. “Petrol-Servis” 2012-ci ildə Vergilər Nazirliyinin poliqrafiya məmulatının çapı üzrə tenderinin qailibi olub. Müqavilənin qiyməti  61 min 792,71 manat təşkil edib.

Ana səhifəXəbərlər3 şirkət ləğvetmə mərhələsinə daxil olub