27 ildir suyu pulla alanlar...

Mənbə: Meydan.TV

Başlıq: 27 ildir suyu pulla alanlar...

27 ildir suyu pulla alanlar...

27 ildir suyu pulla alanlar...

Bu evlərdə boş qab-qacaq tapmazsınız. Bütün qablar su ilə doldurulub. Həftədə bir dəfə Şüvəlandakı keçmiş sanatoriyalara gələn su maşını qabları doldurub, gedir. Sakinləri isə bir həftəyə bu su ilə evi dolandırmaq qayğısı alır.

Suyu Azərsu Açıq Səhmdar Cəmiyyəti pulsuz gətirir. Burada yaşayan 30-a yaxın ailənin hər birinə 300 litr su düşür. Bir həftəyə bu su ilə baş etməyənlər 10 manatdan çənə su vurdurmalı olurlar.

Bu ərazidə yaşayanların əksəriyyəti məcburi köçkünlərdir. Deyirlər, problemləri təkcə su deyil, kanalizasiya xətti yoxdur, bina da qəzalı vəziyyətdədir.

Azərsu Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, Bakıətrafı qəsəbələrin su və kanalizasiya sisteminin təmiri, bərpası, yenidən qurulması ilə bağlı 2035-ci ilə qədər master plan işlənib. Layihə 2011-ci ildən icra olunur. Azərsu-dan bildiriblər ki, qəsəbələrdə su və kanalizasiya sistemi ilə bağlı problemlər mərhələli şəkildə həll olunacaq. Şüvəlan qəsəbəsinin su, kanalizasiya sisteminin qurulması ilə bağlı işlər də planda var. Amma bu nə vaxt baş verəcək, vaxt açıqlanmır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev deyib ki, ilkin olaraq qəzalı şəraitdə yaşayan məcburi köçkünlər köçürülür. O əlavə edib ki, Şüvəlanda sanatoriyalarda yaşayan məcburi köçkünlərin vəziyyəti Dövlət Komitəsinin diqqətindədir və bu istiqamətdə işlər görülür. İbrahim Mirzəyev vurğulayıb ki, sanatoriyalarda məskunlaşmış məcburi köçkünlər yeni mənzillərlə təmin ediləcək.

İstilər düşdükcə sakinlərin suya daha çox ehtiyacı olur. Amma məhəlləyə gələn su maşını yenə də həftədə bir dəfə gəlir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2b7fji

Ən çox baxılan