25-ci Qanlı Yanvar(VİDEO)

Yanvarın 20-si 1990-cı il Qanlı Yanvar hadisələrinin 25-ci ildönümüdür. Azərbaycanın müstəqillik tarixi xalqın yaddaşında həm də bu günlə bağlıdır. Bu münasibətlə hər il olduğu kimi, bu gün də şəhid ailələri və ölkənin müxtəlif yerlərindən gələn vətəndaşlar Şəhidlər Xiyabanını ziyarət ediblər.

25 il əvvəlin bu günü qardaşını itirən bacı həmin günü belə xatırlayır.

Şəhidləri ziyarətə gələnlər bu günü Azərbaycan tarixinin qəhrəmanlıq günü kimi qiymətləndirirlər.

25 il ötməsinə baxmaraq, şəhid ailələrinin acısı bu gün də ilk gün kimi yeni görünür.

20 Yanvar hadisələrinin 25-ci il dönümü münasibəti ilə Milli Şura üzvləri də Şəhidlər Xiyabanını ziyarət ediblər. Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli jurnalistlərin suallarını cavablandırıblar.

Ana səhifəVideo25-ci Qanlı Yanvar(VİDEO)