22 banka 200 mln dollar satılıb

Dövlət Neft Fondu son bir həftədə hərraca 300 mln dollar çıxardıb

Source:


Dövlət Neft Fondu son bir həftədə hərraca 300 mln dollar çıxardıb

Sentyabrın 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondu hərraca (ARDNF) 200 milyon ABŞ dolları çıxardıb. Vəsait 22 banka satılıb. Bu barədə ARDNF məlumat yayıb.

Fond sentyabrın 6-da hərraca 50 mln ABŞ dolları çıxarıb. Həmin vəsait 30 banka satılıb.

Sentyabrın 1-dən 8-dək ümumilikdə banklara 300 mln dollar satılıb.

ARDNF hərraclar vasitəsilə valyuta satışının davam etdiriləcəyini bildirib.

Son günlər ölkədə dollar qıtlığı yaşandığından bankların əksəriyyəti dollar satışını dayandırıb.

Ana səhifə ▸ Xəbərlər ▸ 22 banka 200 mln dollar satılıb