2019-cu ilin sonunacan dollar/manat qarşılığı necə olacaq?

“Fitch” beynəlxalq reytinq agentliyi açıqlama yayıb

Source:
Fitch
Fitch


“Fitch” beynəlxalq reytinq agentliyi açıqlama yayıb

“Fitch” beynəlxalq reytinq agentliyi 2019-cu ilin sonunacan Azərbaycanda dolların orta məzənnəsinin 1.89 manat olacağını ehtimal edir.

Məlumatı “Report” yayıb. Hesabatda yaxın 3 ildə dünya bazarında “Brent” markalı neftin orta illik qiyməti də açıqlanıb. Agentlik 2017-ci ildə neftin orta qiymətinin 45, 2018-ci ildə 55, 2019-cu ildə isə 60 dollar olacağını ehtimal edir.

2016-cı ilin aprelində “Fitch”in analitik qrupunun rəhbəri Dmitry Vasiliev 6-12 ay boyunca manatın məzənnəsinin sabit qalacağını demişdi.

2016-cı ilin oktyabrından başlayaraq manat dollara nisbətən davamlı dəyər itirib. Ancaq o, da çox şeyin neftin ucuz qiymətinin nə qədər sürməsindən, hökumətin belə qiymətlərə reaksiyasından asılı olduğunu vurğulamışdı.

Agentlik Azərbaycanın reytinqinə sonuncu dəfə ötən ilin fevralında dəyişiklik edib. Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli kredit reytinqi “BBB-” səviyyəsindən “BB+” səviyyəsinə endirilmişdi. Reytinqin dəyişilməsi ilə bağlı proqnoz “mənfi”dir. Hesabatda buna səbəb kimi neftin ucuzlaşması göstərilib.

Ana səhifəXəbərlər2019-cu ilin sonunacan dollar/manat qarşılığı necə olacaq?