2016-cı İlin Adamını Seçirik (SORĞU)

2016-cı ildə “İlin Adamı”nı seçmək üçün sorğu keçiririk, sayta daxil olun, səsinizi verin.

Source:

2016-cı il Azərbaycan üçün sakit, sıradan bir il olmadı. İlin əvvəli bölgələrdə aksiyalar, sonra Qarabağda döyüşlər başladı. Daha sonra Gül Bayramına etiraz edən iki gəncin həbsi ilin ən yadda qalan olaylarından oldu. Beynəlxalq təşkilatların təpkisinə baxmayaraq, siyasi məhbus problemi çözülmədi. Qanunlar daha da sərtləşdirildi, referendumla prezidentin səlahiyyətləri artırıldı.

İqtisadiyyatın çöküşü devalvasiyaya, qiymət artımına yol açdı. Narazılıq deputatlar səviyyəsində səsləndirilməyə başlandı. İllərlə hakimiyyətin tərəfini saxlayan adamlar arasında narazılıq edən də oldu, əhalini qınayıb məsləhət verən, aşağılayan da.


Bəs bu il ən çox kim yadda qaldı? İlin adamı kimdir? Meydan TV oxucuları arasında sorğu keçirərək ilin adamını müəyyənləşdirməyə çalışır. Beləliklə, sorğumuza qatılaraq siz də ilin adamı seçimində bizə kömək edə bilərsiniz. Təşəkkür edirik.


Səs vermək üçün keçid:

https://goo.gl/forms/x5tCh6qeLLy5ZYXt1

(embedded content removed)

Ana səhifəXəbərlər2016-cı İlin Adamını Seçirik (SORĞU)