2016-cı ildə 140 məhkum vəfat edib

“Ötən il məhbusların sayı 3.2 faiz azalıb”

Source:
Həbsxana
Həbsxana


“Ötən il məhbusların sayı 3.2 faiz azalıb”

“Penitensiar müəssisələrdə saxlanılan məhkumların sayı 2015-ci illə müqayisədə 2016-cı ildə 709 nəfər, yaxud 3.2 faiz azalıb”, – Penitensiar Xidmətin rəis müavini Oqtay Məmmədovun sözləridir.

APA yazır ki, o, bunu amnistiya aktının tətbiqi ilə əlaqələndirib. Oqtay Məmmədov deyib ki, 2016-cı ildə penitensiar müəssisələrdən müxtəlif əsaslarla 7579 nəfər azad edilib. Bu da 2015-ci illə müqayisədə 1661 nəfər çoxdur:

“Həmin şəxslərdən 2930-u cəza müddətinin başa çatması ilə əlaqədar, 1503-ü vaxtından əvvəl azadlığa çıxıb. Bundan başqa, 137-si əfv olunub, 2891-i amnistiya aktına düşüb, 8-i xəstəliyə, 110-u isə qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla görə azadlığa buraxılıb. 2016-cı ildə penitensiar müəssisələrdə 140 məhkum və həbs edilmiş şəxs vəfat edib”.

Ana səhifəXəbərlər2016-cı ildə 140 məhkum vəfat edib