20 mindən artıq mənzil girovluqda

Sonrakı yerləri fərdi evlər və torpaq sahələri tutur

Source:


Sonrakı yerləri fərdi evlər və torpaq sahələri tutur

2015-ci ildə ölkədə 41,4 min daşınmaz əmlak girov qoyulub. Fins.az-ın məlumatına görə, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin «Daşınmaz Əmlak» jurnalı məlumat yayıb.

Girov qoyulan əmlakların təqribən yarısı mənzillərdir. Belə ki, 2015-ci ildə 20 mindən artıq mənzil girov qoyulub. Sonrakı yeri fərdi evlər (12 min) və torpaq sahələri (4,3 min) tutur. Bununla yanaşı, qeyd edək ki, ötən illə müqayisədə mənzillər və fərdi evlərin girov qoyulması azalıb, torpaqların girov qoyulması halları isə artıb.  Belə ki, 2015-ci ildə torpaqların girov qoyulması halları 10%-dən çox yüksəlib. Bunun əsas səbəbi sənədləşdirilən torpaqların sayının sürətlə artması və onların leqal əmlak dövriyyəsinə getdikcə daha çox cəlb edilməsidir.

Əmlak növləri

2015-də ipoteka sayı

Mənzil

20348

Fərdi yaşayış evi

12006

Torpaq sahəsi

4275

Digər əmlaklar

4 742

Ümumi

41371

İpotekanın geniş yayıldığı bölgələr

Azərbaycanın daşınmaz əmlak bazarında ən böyük pay Bakı şəhərinin payına düşdüyü üçün ən çox girov da paytaxtda qeydə alınır. Belə ki, komitənin məlumatlarına görə, 2015-ci ildə ölkə üzrə 41,4 min girovdan 20 mini Bakının payına düşüb. Girovların sayına görə sonrakı yerləri Sumqayıt (3,6 min), Abşeron (2,8 min),  Gəncə (2,5 min) və Xaçmaz (1,6 min) tutub. Ölkədəki girovların 73%-i məhz bu bölgələrin payına düşüb.

Hansı əmlak harada girov qoyulur?

Komitənin məlumatlarına görə, ölkədə mənzillər ən çox Bakı şəhərində girov qoyulur. Belə ki, 2015-ci ildə Bakıda 13,9 min mənzil girovu qeydə alınıb. Başqa sözlə, paytaxtdakı girovların 75%-i mənzillərdir. Eləcə də, ölkədə girov qoyulan bütün mənzillərin təqribən 70%-i Bakının payına düşür. Mənzil girovlarının sayına görə sonrakı yerləri mənzillərin çox olduğu ərazilər – Sumqayıt, Abşeron, Gəncə və Yevlax  şəhərləri tutur. Göründüyü kimi, Abşeron rayonunun girov əmlak bazarında payının artması əsasən mənzillərin hesabınadır.

Bakı şəhəri girov qoyulan fərdi evlərin sayına görə də liderdir. Ötən il paytaxtda 2400-dən artıq fərdi ev girov qoyulub. Doğrudur, bölgələrdə fərdi evlərin sayı Bakıda nisbətən  daha artıqdır. Amma evlərin sənədləşmə səviyyəsi paytaxtda daha böyükdür və belə evləri girov qoymaq üçün hüquqi çətinlik yoxdur. Buna görə də Bakı şəhəri girov fərdi evlərin sayına görə liderdir.

Bu sahədə sonrakı yerləri Bərdə, Gəncə, Abşeron və Beyləqan tutur. Ötən illə müqayisədə Bakıda girov fərdi evlərin sayı 0,8% yüksəlib.

Bakı şəhəri torpaqların girov qoyulması göstəricisinə görə də öndədir. 2015-ci ildə Azərbaycanda 4,3 minə yaxın torpaq sahəsi girov qoyulub ki, onun da 852-si paytaxtdadır. Bu göstəriciyə görə ikinci yeri ölkənin ən aktiv torpaq bazarlarından biri sayılan şimal bölgəsi  – Xaçmaz tutur. Ötən il bu ərazi idarəsində 700-ə yaxın torpaq sahəsi girov qoyulub. 2014-cü illə müqayisədə bu ərazilərdə girov torpaqların sayı azalsa da, 2013-cü ildə müqayisədə bu göstərici təqribən 2 dəfə artıqdır. Torpaqların ən çox girov qoyulduğu bölgələrin sırasını Abşeron, Gəncə və Sumqayıt tamamlayır. Qeyd edək ki, Gəncədə torpaqların girov sayı az qala 50%, Sumqayıtda isə 27% yüksəlib

Ana səhifəXəbərlər20 mindən artıq mənzil girovluqda