2 ayda 500 bankir işini itirib

Bank sektoru isə 1 milyard manatdan çox zərərlə üzləşib

Source:


Bank sektoru isə 1 milyard manatdan çox zərərlə üzləşib

Bank sektoru başa çatmaqda olan ilin 11 ayını 1 mlrd. 271,5 manatlıq zərərlə yekunlaşdırıb.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından APA-ya bildirilib ki, noyabrın 1-nə banklar üzrə hesablanmış zərər 969,5 mln. manat, oktyabrın 1-nə isə 1 mlrd. 547,1 mln. manat təşkil edib.

Palata həmçinin ilin 2 ayı ərzində ixtisar olunan bank əməkdaşlarının sayını açıqlayıb: “Sentyabr ayından dekabrın 1-dək 482 bank əməkdaşı işdən ayrılmaq məcburiyyətində qalıb. Belə ki, əgər sentyabrda bank sektorunda çalışan işçilərin sayı 17 490 nəfər idisə, oktyabrda bu göstərici 17 030 nəfər, noyabrda isə 17 008 nəfər təşkil edib”.

Hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

Ana səhifəXəbərlər2 ayda 500 bankir işini itirib