17 sentyabr mitinqində saxlanılan fəalların bir neçəsi buraxılmayıb

Gözəl Bayramlı: Beş gənci məhkəməyə aparıblar

Source:


Gözəl Bayramlı: Beş gənci məhkəməyə aparıblar

Milli Şuranın şənbə mitinqindən sonra bir neçə jurnalist də daxil olmaqla, 37 nəfər saxlanılıb. Saxlama səbəbsiz və kobud şəkildə aparılıb, bəziləri döyülüb. Onları Yasamal polisinə aparıblar və bir neçə saat orada saxlayıblar. Saxlanılanların əksəriyyəti AXCP gənclər şöbəsinin üzvləridir.

Bu barədə “Turan”-a AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

Onun sözlərinə görə, beş gənci məhkəməyə aparıblar. Bunlar Nuru Nuruzadə, Ruslan Qara, Elton Əli, Toğrul İbrahimli, İlkin İsmayıllıdır. Görünür, onları polisə müqavimətdə ittiham edəcəklər və bir neçə sutkalığa həbs edəcəklər, AXCP-də belə hesab edirlər.

Öz növbəsində Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib ki, aksiya iştirakçılarının bəzisi ictimai asayişi pozub.

Ana səhifəXəbərlər17 sentyabr mitinqində saxlanılan fəalların bir neçəsi buraxılmayıb