16 iş adamının həbs müddəti uzadılıb

Beynəlxalq Bank işinə görə saxlanılan və barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılan iş adamlarının sayı 31 olub

Source:

Beynəlxalq Bank işinə görə saxlanılan və barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılan iş adamlarının sayı 31 olub

“Azərbaycan Beynəlxalq Bankı” ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan daha 16 nəfər iş adamı barəsində seçilmiş həbs- qətimkan tədbirinin müddəti üç ay uzadılıb. “Report” xəbər verir ki, bununla da Beynəlxalq Bank işinə görə saxlanılan və barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılan iş adamlarının sayı 31 olub.

Həbs qətimkan tədbirinin müddətinin uzadılmasının səbəbi kimi onların əməllərinin ağırlığı, törətdiyi əməllərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayət materiallarını gizlətmə, saxtalaşdırma, cinayət əməllərini yenidən törətmə göstərilib.

Saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Ana səhifəXəbərlər16 iş adamının həbs müddəti uzadılıb