Elektrik təchizatı bərpa edilib, qaz qismən verilir
Dekabrda inzibati qaydada həbs olunmuş 14 nəfər Nardaran sakini hələ də həbsdədir. Bunu “Turan İA”-a qəsəbə ağsaqqalı Natiq Kərimov bildirib.
Cəmi 71 nəfər 30 sutkaya qədər həbs olunub. Onlardan 57-i artıq sərbəst buraxılıb. Binəqədi təcridxanasında 14 nəfər qalır.
Nardaranda əvvəlkitək çevik polis alayı qüvvələri qalır.
Elektrik təchizatı bərpa edilib, qaz qismən verilib. Dekabrın 31-də qəza səbəbindən su verilməsi dayandırılıb.
Noyabrın 26-da Nardaranda xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırzadə və onun bir qrup tərəfdarı saxlanılıb. Atışma zamanı yeddi nəfər, o cümlədən iki polis işçisi həlak olub.
Dekabrın 1-də qəsəbəyə DİN-in xüsusi bölmələri gətirilib. Bundan sonra silah götürülməsi məqsədilə axtarışlar və kütləvi həbslər başlayıb.