13 noyabr terrorunda 12 ölkənin vətəndaşı ölüb

Silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb, onlardan 99 nəfərinin vəziyyəti kritikdir

Source:


Silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb, onlardan 99 nəfərinin vəziyyəti kritikdir

Parisdə noyabrın 13-də törədilmiş terror aktları nəticəsində ölənlərin arasında 12 ölkənin vətəndaşı var. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, son məlumata əsasən, terror aktlarının qurbanları arasına Əlcəzair, Belçika, Böyük Britaniya, Çili, Mərakeş, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Tunis,  ABŞ və Fransa vətəndaşları var.

Bu barədə məlumatlar Fransa rəsmi qurumlarının açıqlamalarında əks olunub.

Parisdə noyabrın 13-də törədilmiş silsilə terror aktları nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb, onlardan 99 nəfərinin vəziyyəti kritikdir.

Ana səhifəXəbərlər13 noyabr terrorunda 12 ölkənin vətəndaşı ölüb