“125-lər klubu” Xədicə İsmayılla bağlı bəyanat yayıb

“Vətəndaş həmrəyliyi, dialoq və barış, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə, həbsdə olan ictimai-siyasi fəalların azad edilməsini tələb edirik”.

Source:

Bəyanatda bildirilir ki, son vaxtlar ictimai-siyasi mühitdə kifayət qədər fəal olan insanların azadlıqdan məhrum edilməsi və ya barələrində məhkəmə işinin aparılması vətəndaş təşəbbüsü olaraq təşkilatlanmış “125-lər Siyasi Klubu” nun üzvlərini də ciddi narahat edir.

“Bu günlərdə Azadlıq Radiosunun əməkdaşı, özünün tənqidi yazıları ilə tanınmış Xədicə İsmayılın həbsi ölkədə fikir və ifadə azadlığına qarşı təzyiqlərin mövcudluğunu bir daha sərgiləyir. Bütün bunlar ölkəmizin demokratik inkişafına, beynəlxalq aləmdəki imicinə mənfi təsir göstərməklə daha ciddi problemlərimizin həllinə mane olur.

Biz, “125-lər Siyasi Klubu” sivil və ədalətli mübarizənin ölkəmizin demokratik inkişafının yeganə yolu olduğuna inanaraq, vətəndaş həmrəyliyi, dialoq və barış, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmləndirilməsi naminə, həbsdə olan ictimai-siyasi fəalların azad edilməsini tələb edirik”.

Ana səhifəXəbərlər“125-lər klubu” Xədicə İsmayılla bağlı bəyanat yayıb