“109 min manatın mənimsənilməsi mümkün deyil axı”

Anar Məmmədlinin məhkəməsində şahidlər əməkhaqqından danışıb

Source:


Anar Məmmədlinin məhkəməsində şahidlər əməkhaqqından danışıb

Mayın 8-də Bakı Ağır Cinayətlərə dair Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun məhkəməsi keçirilib.


Əvvəlki prosesdə olduğu kimi bu dəfə də şahidlər ifadə veriblər.  Birinci ifadə verən şahid SMDT-nin müsahibi Mübariz Diniyev qurumun  maliyyə işləri ilə məşğul olsa da, məvacib verilməsində iştirak etmədiyini söyləyib: “Mənim vəzifəm maliyyə hesabatları hazırlamaq olub. Donorla da hesabatı mən hazırlamışam. Təşkilat rəhbərlərinin göstərişlərini yerinə yetirmişəm. Nə pulun alınmasında, nə də ki verilməsində iştirak etməmişəm. Özüm əmək haqqı almışam. 2012-2013-cü illərdə vergidən yoxlamalar olub, elə ciddi pozuntular müəyyən olunmayıb. Mənə indiyə qədər heç kim şikayət etməyib ki, ona çox maaş yazıb, az ödəyiblər. İstintaq sənədlərində keçir ki, guya SMDT 128 min manatlıq qrant alıb və onun 109 min manatı mənimsənilib. 109 min manatın mənimsənilməsi mümkün deyil axı. Belə çıxır ki, biz iş görməmişik? Axı hər şey göz qabağındadır”.

Növbəti şahidlər təşkilatın regionlar üzrə koordinatorları idi. Onlar da şikayətçi olmadıqlarını, maaşlarını normal qaydada aldıqlarını bildirdilər. SMDT-nin Şəki rayonu üzrə koordinatoru Razim Rzayev əvvəlki proseslərdə şahidlərdən birinin onun haqqında yanlış məlumat verdiyini diqqətə çatdırdı: “Ötən proseslərdə şahidlərdən SMDT-nin hüquqşünası olmuş Həsən Həsənov bildirib ki, guya mən maaşımın düzgün ödənilməməsi ilə bağlı ona şikayət etmişəm. Mənim belə bir şikayətim olmayıb”.

Ana səhifəXəbərlər“109 min manatın mənimsənilməsi mümkün deyil axı”