Türkiyə Silahlı Qüvvələri ilə Koalisiya Qüvvələri Suriyanın şimalında 400 kv/km-lik ərazini azad edib
Avqustun 30-a olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri Celabrus bölgəsində 10 kəndi İŞİD yaraqlılarından təmizləyib. Bu barədə Türkiyənin “İstiqlal” qəzeti Türkiyə Silahlı Qüvvələrinə istinadən məlumat yayıb. Bildirilir ki, son 24 saat ərzində 21 İŞİD mövqeyinə 108 zərbə endirilib. Ümumilikdə, Suriyanın şimalında yerləşən 400 kv/km ərazinin İŞİD-çilərdən təmizləndiyi bildirilir.
Türkiyə Silahlı Qüvvələrindən bildirilib ki, bölgədə yaşayan sivil vətəndaşların təhlükəsizliyi üçün tədbirlər görülüb.
Avqustun 24-də Türkiyə Silahlı Qüvvələri Koalisiya qüvvələri ilə birlikdə “Fırat Qalxanı” əməliyyatı altında Suriya ərazisində hərbi əməliyyatlara başlayıb.