Hökumət həm istehsalçıları, həm də xidmət alıcılarını boğaraq, böhranı daha da dərinləşdirir və bu, nəzəri deyil, əhalinin real olaraq hiss və müşahidə etdiyi bugünki reallıqlardır
Oxucular sual verir ki, Turan agentliyinin 30 noyabr tarixli “Əsassız tariflər” adlı analitik məqaləsində göstərilən Azərbaycanda 1000 kubmetr qaz üçün 10 dollar qiyməti haradan çıxıb?
Arxivdən.
2004-cü ilin avqustunda Amerikanın Consulting Grouр PA şirkəti Azərbaycan qazının strukturunu açıqlayıb. 2003-cü ildə Azərbaycanda 1000 kubmetr təbii qazın faktiki “istehsal-istehlak” xərcləri köhnə manatla 113 min 613,7 manat (22,7 dollar) təşkil edirdi. Bu zaman xərclərin xüsusi çəkisinin ən böyük hissəsini istehsal təşkil edir – 83 min 610,2 manat (16,7 dollar), onun ardınca emal – 5 min 250 manat (1,5 dollar), nəql -11 min 088 manat (2,2 dollar), qazın yer altında saxlanması – 4 min 579,2 manat (0,91 dollar) və paylama – 9 min 086,3 manat (1,8 dollar) gəlir.
Göründüyü kimi, qazın maya dəyərinin strukturunun əsas hissəsi istehsalın payına düşür – 16,7 dollar. Bütün qalan maddələrə birlikdə 6 dollar düşür.
Məlum olduğu kimi, Azəri-Çıraq-Günəşli neft hasilatı layihəsinin xarici şirkətlər konsorsiumu neftin hasilatı zamanı çıxarılan qazdan Azərbaycan dövlətinin xeyrinə imtina edib. Beləliklə, onun istehsalına heç bir xərc çəkilmir. Söhbət yalnız emal, nəql, saxlama və paylama kimi maddələr üzrə xərclərdən gedir ki, bu da cəmi 6 dollar təşkil edir, yəni bu, o deməkdir ki, istehlakçı üçün qazın qiyməti 6 dollar təşkil etməlidir. Hələ bu yaxınlara qədər neftlə birlikdə 3 mlrd. kubmetrdən çox qaz çıxarılırdı. Bu gün 2 mlrd. kubmetrdən çox çıxarılır. Demək olar ki, əhalinin il ərzində istifadə etdiyi qaz həcmi bu qədərdir. 1000 kubmetr üçün 10 dollar rəqəmi 6 və 22 dollar arasında orta qiymətdir.
Bu məsələyə hansı tərəfdən baxsaq, əhali və kommersiya qurumları üçün qaz tarifi açıq-aşkar yüksəldilib və iqtisadi cəhətdən əsassızdır. Qazın qiyməti 30 dollardan və müvafiq olaraq məzənnəyə görə ona uyğun manatdan çox ola bilməz.
Neftlə bağlı da vəziyyət eynidir. Azərbaycan neftinin əsas hissəsinin çıxarıldığı Azəri-Çıraq-Günəşli konsorsiumu onun bir barrelinin çıxarılmasına 6 dollar xərcləyir. Qeyd etmək lazımdır ki, təxminən 31 mln. ton çıxarılan neft hasilatından əsas gəlir SOCAR dövlət şirkətinin payına düşür. SOCAR özü isə öz yataqlarında ümumilikdə bir bareli 16 dollardan olmaqla təxminən 6,5 mln. ton neft çıxarır. Bu mənada dünyada bir barrelin qiyməti 50 dollar olduqda benzin, dizel, mazut qiymətlərinin artırıması da aktual deyil.
Səhv
Hökumət enerji daşıyıcılarının qiymətlərini yüksəltmək hesabına mümkün qədər daha çox vəsait əldə etməyə çalışmaqla yanlış siyasət həyata keçirir. Axı enerji xərclərinin məhsulun maya dəyərinin əsas hissəsini – 10%-dən 40%-ə qədər təşkil etdiyi aksiomdur. Və enerji xərcləri nə qədər çox olsa, mal və xidmətlərin dəyəri də o qədər yüksək olur. Bu isə onların rəqabətədavamlılığını, istehsalını və xidmətlərin göstərilməsi həcmini azaldır, çünki bahalıq alıcı tələbatını azaldır. Əhalinin gəliri aşağı olan və qeyri-adi və real iqtisadi böhran şəraiti hökm sürən Azərbaycanda bu, aktual mövzudur. Beləliklə, istər-istəməz hökumət həm istehsalçıları, həm də xidmət alıcılarını boğaraq, böhranı daha da dərinləşdirir və bu, nəzəri deyil, əhalinin real olaraq hiss və müşahidə etdiyi bugünki reallıqlardır.
Necə olmalıdır?
Böhran yaşayan ölkələrin təcrübəsi göstərir ki, ondan çıxış biznes subyektlərinin iqtisadi fəallığını stimullaşdıran alıcılıq qabiliyyətinin stimullaşdırılmasından keçir. Bu halda əsas stimullaşdırıcı rolu mal və xidmətlərin aşağı qiymətləri oynayır, burada maya dəyəri amili də mühüm rol oynayır. Digər tərəfdən, enerji daşıyıcılarının aşağı qiymətinin saxlanması və onlara xərclənən vəsaitlərin azad edilməsi əhalinin mal və xidmət almaq üçün əlavə vəsait yönləndirməsinə imkan verərdi, bu da biznes mühiti üçün əlavə stimul olardı. Beləliklə, iqtisadiyyatın inkişafında zəncirvari reaksiya yaranır. Nümunə üçün uzağa getmək lazım deyil. 90-cı illərin əvvəllərində bazarda ərzaq və sənaye mallarının kəskin defisiti yaşanan dövrdə xarici ticarətin liberallaşdırılması qısa müddətdə bazarı doldurmağa imkan verib. Minlərlə xüsusi sahibkarlar xaricə can atırdı və qısa müddətdə piştaxtaları doldurdular. Bu, inhisarın olmadığı dövr idi və rəqabət nəticəsində malların qiymətləri də, keyfiyyəti də yoxsullaşmış əhali üçün məqbul idi. Beləcə kiçik və orta biznesin də inkişafı başladı. Onun nümayəndələrindən biri hazırki prezident İlham Əliyev idi. Amma bütün bu nailiyyətlər 90-cı illərin sonlarında yenə onun iştirakı ilə iqtisadiyyatın inhisarlaşdırılması və oliqarxlaşdırılması nəticəsində məhv edildi ki, bunun nəticələrini indi cəmiyyət öz üzərində hiss edir.
Bir sözlə, enerji daşıyıcıları mövzusuna qayıdaraq demək olar ki, böhran şəraitində dövlətin əlavə gəlir əldə etmək məqsədilə tariflərin artıılması ekstensiv və səmərəli yanaşmadır, onların azalması isə iqtisadi inkişafı stimullaşdıran intensiv amildir. Qərb ölkələrinin iqtisadiyyatının son dövrlər canlanması da enerji daşıyıcılarının qiymətlərinin azaldılmasını nəticəsi oldu.
Enerji daşıyıcıları və itirilmiş alternativ
2009-cu ilin oktyabrında energetika naziri Natiq Əliyevin Azərbaycanın enerji resursları ilə zəngil ölkə olması və alternativ iqtisadiyyatı inkişaf etdirməyin onun üçün səmərəli olmaması haqqında bəyanatına cavab olaraq Turan agentliyi
“AZƏRBAYCAN: İKİ “GÜNƏŞ” ARASINDA”
adlı məqalədə nazirin bəyanatını təkzib edən təhlil təqdim edib. Amma qeyd etmək lazımdır ki, 12 il ərzində alternativ energetika üzrə dövlət programı gəbul olunmasına, milyonlarla məbləğ ayrılmasına və xarici borclar alınmasına baxmayaraq, ölkənin energetika balansında alternativ energetikanın payı 1% səviyyəsindədir. Bu müddət ərzində, məsələn, Almaniya öz potensialını 25% artırıb.
Məqalənin mahiyyəti ondan ibarət idi ki, alternativ energetika istehsalının artırılması və ondan istifadə yolu ilə dövlət yanacaq, elektrik enerjisi, neft və qaz istehsalı prosesindən azad etdiyi vəsaiti ixraca yönləndirir, elektrik enerjisi və qaz istehlakçıları öz xərclərini azaldır. Həm dövlət, həm istehlakçı üçün səmərəlidir. Amma ən əsası, alternativ energetika Azərbaycanda irəliləyişin və onun alternativ energetika sahəsində böyük regional oyunçuya çevrilməsinin mühərrikinə çevrilir. Bu gün inkişaf etmiş alternativ energetika böhranın həm əhaliyə, həm də dövlətə zərbəsini yumşalta bilərdi. Amma bu, artıq lazım kateqoriyasındandır.
“AZƏRBAYCAN: İKİ “GÜNƏŞ” ARASINDA”
məqaləsindən çıxarış:
Hər bir ölkənin inkişafının əsaslandığı öz prioritet sahəsi var (HSK, aqrosektor, maliyyə, İKT). Azərbaycan üçün alternativ energetika belə bir sahə ola bilər. O, elm-istehsal-xidmət silsiləsindən ibarət olmalıdır:
– elmi baza (institutlar, sınaq poliqonları, ixtisaslaşmış fakultələr),
– fototermik və fotoelektrik işıq dəyişdiriciləri, külək dəyirmanları, xüsusi inşaat materialları və s. üzrə sənaye kompleksləri,
–
alternativ işıq və istilik istehsalı obyektləri.