Terrorla bağlı 13 şübhəli saxlanılıb
İstanbulda törədilən terror aktı nəticəsində şəhid olanların sayı 44-ə çatıb.
“Report“ “Milliyet”ə istinadən xəbər verir ki, ölənlərdən 36-sı polis əməkdaşı, 8-i mülki vətəndaşdır.
Terror nəticəsində 155 nəfər yaralanıb.
Dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda terror aktı törədilib. Terrorun məsuliyyətini terrorçu PKK qruplaşması üzərinə götürüb. Terrorla bağlı 13 şübhəli saxlanılıb.