1 milyard 442.3 mln manatlıq problemli kredit var

“Banklar problemli kreditlərin içində batır”

Source:
Kredit –
Kredit –
Kredit –
Kredit


“Banklar problemli kreditlərin içində batır”

Vaxtı keçmiş kreditlərin həcmi artıb. 2016-cı il dekabr 1-də 1 milyard 442.3 milyon manata yüksəlib.

Mərkəzi Bankın məlumatına görə, bu, noyabrın 1-i ilə müqayisədə 66.7 milyon manat çoxdur.

2015-ci ilin 11 ayı ilə müqayisədə 2016-cı il problemli kreditlər 212.7 milyon manat artıb. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı ötən ilin noyabrında 8.9, oktyabrında 8.7, ilin əvvəlinə 6.9, 2015-ci il noyabrında isə 6.6 faiz olub.

Əkrəm Həsənov

Bank sahəsi üzrə ixtisaslaşmış hüquqşünas Əkrəm Həsənovun deyir ki, banklar hazırda problemli kreditlərin içində batır. Buna görə də, kreditini az-çox ödəyən borclu öz iradəsini banka diqtə edə bilər:

“Bankın onsuz da başqa yolu yoxdur. Ya növbəti və ona baha başa gələn məhkəmə prosesinə başlamalı olacaq və az-çox hansısa ödənişdən məhrum olacaq, ya da heç olmasa müntəzəm olaraq hansısa ödənişi alacaq”.

Əkrəm Həsənov krediti olan insanlara haqqlarını tələb etməyi tövsiyyə edir. Deyir, cərimələri silməyincə, sizdən onları tutmadıqlarına əmin olmayınca, kreditləri ödəməyin!

Ana səhifəXəbərlər1 milyard 442.3 mln manatlıq problemli kredit var