”Məmmədov Sahil Sabir oğlu təmas xəttində atışma nəticəsində dünyasını dəyişib”
“Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb”. Bu haqda APA Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yazıb.
Verilən məlumata görə, oktyabrın 5-də axşam saatlarında qoşunların təmas xəttində Azərbaycanın mövqeləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
“Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub”,- deyə nazirlikdən bildirilib.