Müdafiə Nazirliyi: Əsgər şəhid olub

”Məmmədov Sahil Sabir oğlu təmas xəttində atışma nəticəsində dünyasını dəyişib”

Source:


”Məmmədov Sahil Sabir oğlu  təmas xəttində atışma nəticəsində dünyasını dəyişib”

“Ermənistan yenidən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi üçün təxribat əməllərinə başlayıb”. Bu haqda APA  Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən yazıb.

Verilən məlumata görə, oktyabrın 5-də axşam saatlarında qoşunların  təmas xəttində  Azərbaycanın  mövqeləri Ermənistan silahlı qüvvələri  tərəfindən atəşə tutulub.

“Azərbaycan  Silahlı Qüvvələrinin  hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub”,- deyə nazirlikdən bildirilib.

Ana səhifəXəbərlərMüdafiə Nazirliyi: Əsgər şəhid olub