Yasamal rayonunun yeni icra başçısı kimdir?

Əziz Əzizov adı sosial şəbəkələrdə və mediada ən çox hallandırılan icra hakimiyyəti başçılarındandır

Source:

Fevralın 2-də ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə

təyin edilib

. Buna qədər o, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

55 yaşlı icra hakimiyyəti başçısı M.Əzizbəyov adına Neft və Kimya Akademiyasını bitirib.

1985-1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986-1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987-1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisi işləyib.

1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996-2006-cı illərdə Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu deyilir.

Prezidentinin 8 avqust 2006-cı il tarixli Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Əziz Əzizov adı sosial şəbəkələrdə və mediada ən çox hallandırılan icra hakimiyyəti başçılarındandır. O, xüsusilə fəal gənclərə və jurnalistlərə təzyiqləri ilə gündəmə gəlir.

Ə.Əzizov Azel.tv ictimai-siyasi saytının redaktoru Əfqan Sadıqovun həbsinin təşəbbüsçüsüdür. Ə.Sadıqov xuliqanlıq ittihamı ilə 2,5 il müddətinə azadlıqdan məhrum

edilib

.

Jurnalistə qarşı təxribat rayon başçısının qəbul otağında, Ə.Sadıqov onun kabinetindən çıxarkən baş verib.

Bundan əlavə, rayon başçısı Ə.Sadıqova qarşı xüsusi ittiham qaydasında iddia irəli sürüb. Jurnalisti yeni cəza gözləyir.

İcra hakimiyyəti başçısının adı “Facebook” fəallarının başını qırxdırmaqda da

hallanır

.

Başqa bir şikayətdə isə deyilir ki, Cəlilabad Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır: “Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru

dəyişmir

”.

Ana səhifəXəbərlərYasamal rayonunun yeni icra başçısı kimdir?