Rusiyada vəfat edən azərbaycanlının cənazəsi Azərbaycana buraxılmır

Cənazəni gətirənlərlə bir yerdə olan Bəxtiyar Nəsibov bildirib ki, hazırda onları məcburi şəkildə sərhəddəki məscidə doldurublar, cənazə də çöldə qalıb.

Source: Meydan TV

"40 nəfər Azərbaycan vətəndaşı neytral zonadadır"

İki gündür Nijni-Novqorodda vəfat edən Rövşən Telman oğlu Zalovunun cənazəsi Azərbaycana buraxılmır.

Məlumatı Meydan TV-yə mərhumun iş yoldaşlarından Nəsimi Süleymanov verib. Onun sözlərinə görə, təxminən 40 nəfər Azərbaycan vətəndaşı neytral zonadadır. Onlar Qusar rayonu ərazisində yerləşən Samur Keçid Məntəqəsindən buraxılmırlar:

“Cənazəni biz, yəni Rövşən Zalovun iş yoldaşları sərhədə gətirdik. Rusiya tərəfi mərhumu Dağıstanda basdırmağımızı istəyirdi, amma yer almağa pulumuz yox idi. Sonra neytral zonaya keçə bildik. Burdan yük maşınları buraxılsa da, cənazə buraxılmır”.

N.Süleymanov 32 yaşlı R.Zalovun Nijni-Novqorod şəhərində ürək əməliyyatından sonra vəfat etdiyini bildirib:

“Rövşən Zalov Qəbələ rayonunda doğulub, yaxınları onun ölümündən xəbərdardır”.

Cənazəni gətirənlərlə bir yerdə olan Bəxtiyar Nəsibov bildirib ki, hazırda onları məcburi şəkildə sərhəddəki məscidə doldurublar, cənazə də çöldə qalıb.

Meydan TV Nazirlər Kabineti və XİN-nin mətbuat xidmətləri ilə əlaqə saxlamağa cəhd etsə də, qarşı tərəf cavab verməyib.

Ana səhifəSosialRusiyada vəfat edən azərbaycanlının cənazəsi Azərbaycana buraxılmır