Источник: TASS

Kullar yaxınlığındakı iğtişaşla bağlı uzun sürən istintaq ittiham olunanların doğmalarını narahat edib

Статья обновлена:  20 Сентябрь 2020

Məqalə "Kavkazski Uzel" saytında dərc olunub.

Kullar yaxınlığındakı iğtişaşla bağlı ittiham olunanların ev həbsinə keçirilməsi doğmalarını sevindirib, hərçənd məhkəmə işinin uzanması narahatlıq doğurub. Həbs olunanların günahsız olduğunu israr edən qohumları ittihamedici hökm oxunacağından ehtiyatlanırlar. Bununla yanaşı, onlar Azərbaycan səfirliyindən hüquqi yardım ala bilmədiklərini bəyan edirlər.

“Kavkazski uzel”in xəbər verdiyi kimi, avqustun 15-də məhkəmə Kullardakı iğtişaşlarla bağlı ittiham olunan üç nəfəri – Elmar Mehdiyevi, Ənvər Muradovu və Ceyhun Namazovu ev həbsinə göndərib. Yerdə qalan yeddi nəfər – Rövşən Hüseynov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəkzadə, Emin İmaməliyev, Elmar Musayev və Taral Qiyasov nəzarət altındadır. Avqustun 31-də müdafiə iki müttəhimin həbsdən azad edilməsinə nail olub. Sentyabrın 16-da Emin İmaməliyev, Əziz Fərəkzadə, Elbrus Əhmədov və Elmar Musayevə tətbiq edilən ölçü tədbiri ev həbsi ilə əvəzlənib. Daha öncə ev həbsinə məhkum olunan Ceyhun Namazova isə digər ölçü tədbiri – hərəkət məhdudiyyəti qadağası tətbiq olunub.

İyunun 15-də Dağıstan və Azərbaycanın sərhədindəki qaçqınlar düşərgəsində keçirilən etiraz aksiyasında 400-ə yaxın adam iştirak edib. Mitinq güc strukturları əməkdaşları ilə toqquşmayla nəticələnib. Dörd hüquq-mühafizə əməkdaşı və 10 Azərbaycan vətəndaşı yaralanıb. Aksiyanın 83 iştirakçısı 10 sutka həbs cəzası alıb. Daha 10 azərbaycanlıya qarşı hökumət nümayəndələrinə zor tətbiq etmə və mülkiyyəti qəsdən məhv etmə və ya zərər vurma maddələri ilə cinayət işi açılıb. Onların hamısı məhkəmənin qərarı ilə iki aylıq həbs cəzasına məhkum olunub.

Emin İmaməliyevin atası Sahib İmaməliyev deyir ki, oğli ilyarım əvvəl əsgəri xidmət keçəndən sonra 2019-cu ilin avqust ayında qazanc dalınca Dağıstana gedib. O, Xəzərdə inşaatda işləyib.

“Oğlum ailədəki vəziyyətlə bağlı fevralın 2-də evə gəldi, fevralın 20-də isə işlərini bitirmək üçün Dağıstana qayıtdı. Lakin birdən karantin rejimi tətbiq etdilər və sərhədləri bağladılar. Emin əvvəl-əvvəl sərhədlərin tezliklə açılacağına ümid bəsləyirdi. Mayda isə Azərbaycana buraxılan qrupun tərkibinə düşmək ümidi ilə sərhədə gəldi. O yüzlərlə başqa insanla birgə ağır məişət şəraitində yaşayırdı. Onların çimməyə yeri yox idi, pulları isə bitmək üzrə idi. Bir də ki qayıdanların siyahısı ədalətsiz şəkildə tutulurdu, növbə gözlənilmirdi. Bütün bunlar gərginliyin artmasına səbəb oldu və nəticədə məlum olaylar baş verdi”, – Xaçmaz rayonunun Qarabağlı kəndində yaşayan Sahib İmaməliyev müxbirə deyib.

O qeyd edib ki, oğlu qanun pozmayıb. “Emin saxlanılanda öz çadırında yatırdı. O, qaçmağa çalışmayıb, çünki qanundankənar heç nə etməyib. Eminə qarşı heç bir sübut yoxdur – nə bir videoyazı, nə şahid, nə də zərərçəkən ifadəsi. Belə olan halda oğlumu niyə bu cür ağır maddə ilə ittiham edirlər. O, hansı səbəbdən 10 il həbsdə olmalıdır ki?”, – Sahib İmaməliyev deyib.

Düşərgə sakinləri Rusiya və Azərbaycan sərhədindəki karantin tədbirləri səbəbindən evə qayıda bilmirlər. Onlar Vətənə qayıda bilməmələrindən və bərbad yaşayış şəraitindən şikayətçi olublar. Düşərgə sakinləri təsdiqləyirlər ki, ölkəsinə göndərilənlərin növbəsi “blat”la qurulub və məlum siyahıya düşərgəyə yeni gələnlər də düşüb. Bu, Vətənə qayıtmağı aylarla gözləyənləri hiddətləndirib və onlar qiyam qaldırıb, “Kavkazski uzel”in “Dağıstan: azərbaycanlılar sərhəddəki çadırlarda necə yaşayırlar” videosüjetində düşərgə sakinləri bəyan edib. “Kavkazski uzel”in “Youtube” kanalında Kullar yaxınlığındakı vəziyyət barədə səkkiz video yayınlanıb.

Emin İmaməliyevi vəkil Sergey Səidəhmədov müdafiə edir. “Bu vəkili əvvəlcə dövlət təyin etdi. Amma sonra biz onunla müqavilə bağladıq. O, prosesdə oğlumun günahkar olduğunu sübut edən dəlillərin olmadığını söyləyib. İndi oğlumu, nəhayət, evdə həbsə məhkum ediblər. O, Dərbənddə qohumumuzgildə qalır. Bu vəkilin sonacan Eminin müdafiəçisi olacağına ümid bəsləyirik. Digər məhbusların vəkili Murad Vəlixanov da böyük iş görür. İşdə pozitiv çevriliş baş verdiyinə sevinirik. Həbs olunanları tədricən evdə məhkum etməyə başlayıblar. Hərçənd, təəssüf ki, məhkəmə işi uzanır. İstintaqı əvvəlcə sentyabrın 17-dək, indi isə noyabrın 17-dək uzatdılar”, – Sahib İmaməliyev deyib.

Dediyinə görə, o, kömək üçün Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət edib. “Lakin ordan oğlumun hansı maddələrlə ittiham edilməsi məzmunlu formal cavab gəldi. Sanki özüm bunu bilmirdim. Onu tezliklə buraxacaqlarına çox ümid edirəm. Oğlum ailəmizi dolandıran yeganə üzvüdür”, – ittiham edilənin atası söyləyib.

Ceyhun Namazovun bacısı Sevda Namazova da Azərbaycan səfirliyinin hüquqi yardım göstərməməsindən şikayətçidir. Qadın qardaşının İnquşetiyada tikintidə işlədiyini söyləyib. Ceyhun pandemiya başlayandan sonra evə qayıtmaq qərarına gəlib.

Sevdanın dediyinə görə, iyunun 15-də baş verən aksiya zamanı qardaşı düşərgədəki adamların arasında dayanıb və yaşananları izləyib. “Sonra polis əməkdaşı ona çadıra getməsini söyləyib və izah edib ki, günahsızlara heç nə olmayacaq. Sonra qardaşımı çadırda həbs ediblər. Ona guya daş atması barədə kağıza qol çəkməyi söyləyiblər və bunun qarşılığında azadlığa buraxılacağını vəd ediblər. Lakin daha sonra bu imzaladağı kağızı qardaşımın özünə qarşı istifadə ediblər”, – Namazova təsdiqləyir.

O qeyd edib ki, vəkil Murad Vəlixanovun səyləri sayəsində qardaşını ev həbsinə buraxıblar. Hazırda isə ev həbsi rejimini də yumşaldıblar. İndi o yaşadığı yeri müvəqqəti də olsa tərk edə bilər, ittiham olunanın bacısı danışıb.

“Çox ümid edirəm ki, məhkəmə sonda ədalətli qərar çıxaracaq və qanunu pozmayan qardaşımı mühakimə etməyəcək. Üstəlik ümid bəsləyirəm ki, məhkəmə qardaşımın gənc olduğunu və hər iki valideynini itirdiyini də nəzərə alacaq. Ailəmizdən mənim təkcə qardaşım qalıb. Ona görə çox həyəcan keçirirəm”, – Ermənistanın Tovuz rayonu ilə sərhəddə yerləşən Ağdam kənd sakini Namazova söyləyib.

Elmar Mehdiyevin qardaşı Yusif Mehdiyev vəkil Vəlixanovun ittiham olunanın ev həbsinə keçməsinə nail olmasından razıdır.

“Elmar Permdə meşə sənayesində işləyirdi. Karantin başlayanda evə qayıtmağı qərara aldı, lakin sərhəddə ilişib qaldı, sonra da bu hadisələr baş verdi. Amma Elmar qanundan kənar heç nə etməyib. O, təzyiqə rəğmən, etiraf ifadəsi verməyib. Hazırda məhbəsdə deyil, ev həbsindədir və bu yaxşıdır. Lakin istintaq uzanır – indi də sentyabradək ləngidiblər”, – Yusif Mehdiyev “Kavkazski uzel”in müxbirinə söyləyib.

Gürcüstanda azərbaycanlı siyasi mühacirlərin yaratdıqları Hüquq və Azadlıqların Müdafiə İnstitutunun direktoru Avtandil Məmmədli Azərbaycanın həbs edilmiş vətəndaşlarının ictimai müdafiəsinin təşkilinin çətinliklərindən danışıb.

“Hadisələrin lap əvvəlində biz, bir qrup azərbaycanlı fəal onların müdafiə kampaniyasına başladıq. Həbs edilənlərin qohumlarının bizə müraciət etməsini KİV vasitəsilə ictimaiyyətə çatdırdıq. Lakin yalnız 2-3 həbs edilənin ailə üzvləri səsimizə hay verdi. Digər tərəfdən, bu adamları başa düşmək olar. Onların hamısı əyalətdəndir, qanunları yaxşı bilmirlər, ümumiyyətlə, bu cür vəziyyətlərdə nə etməli olduqlarından bixəbərdirlər, üstəlik maddi vəsaitləri də yoxdur. Onlar yaxşı yaşasaydılar, övladlarını Rusiyaya ağır işə göndərməzdilər”, – Məmmədli “Kavkazski uzel”in müxbirinə deyib. O, Rusiyadakı Azərbaycan diasporunun müqavimət göstərdiyini də söyləyib.

“Sıravi nümayəndələr kömək etmək istəyirdilər, Kullarda olan vətəndaşları dəstək məqsədi ilə vəsaitlər göndərirdilər. Lakin diaspora təşkilatlarının fəalları bizdən geri çəkilməyi tələb etdilər. Guya biz müxalifətik və bizim fəal iştirakımız həbs edilənlərin aqibətinə təkcə zərər vura bilər, – Azərbaycanın dövlət qurumları və diaspora təşkilatları özləri problemi çözəcəklər. Nəticədə isə heç bir real kömək göstərilmədi. Yalnız vəkil Murad Vəlixanovun səyləri sayəsində ittiham edilənlərin vəziyyəti yumşaltmaq və artıq yeddi adamı azad etmək mümkün oldu”, – Məmmədli bəyan edib.

Onun sözlərinə görə, Murad Vəlixanov üç ittiham olunanın ev həbsinə keçməsinə nail olmaqla digərlərinə də kömək edib. “Nəticədə bu gün də yeddi adam ev həbsinə keçib”, – Hüquq və Azadlıqların Müdafiə İnstitutunun ditektoru deyib.

O qeyd edib ki, Azərbaycandakı hüquq müdafiəçiləri Kullarda həbs olunanların müdafiəsi üçün vəsaitin yığılması üzrə kampaniyaya təşəbbüs göstəriblər. “Təəssüf ki, çağırışımız geniş əks-səda doğurmadı. İnternet vasitəsilə cəmi 300 dollar yığa bildik. Bu, Azərbaycanın daxilində hüquq-müdafiə problemlərinin kəskinləşməsi, siyasi məhbuslarının sayının 200-dək artması ilə bağlıdır. Bundan başqa, iyulun ortasında Ermənistanla sərhəddə münaqişə şiddətləndi və bu məsələ ictimai gündəmdə əsas yeri tutdu”, – Məmmədli söylədiklərinə aydınlıq gətirib.

Azərbaycanın XİN-dən “Kavkazski uzel”ə xəbər veriblər ki, Azərbaycanın Rusiyadakı səfirliyi həbs olunanlara hüququ yardım göstərilməsi məsələsi ilə məşğuldur.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Статья обновлена:  20 Сентябрь 2020
Bölmələr:  
Короткие линки:   http://mtv.re/f5gcgl

Самое читаемое