Источник: Meydan.TV

İslahat zarafatları

Ötən aylarda məhkəmə icra idarəsindən qəribə bir məktub aldım. Məktub əlimin altında olmadığına görə idarənin rəsmi adını yaza bilmirəm. Hər nə isə ordan xəbərdar edirdilər ki, mənim 2009-cu ildə “Aztelekom”a borcum olubmuş. Bu səbəblə məhkəməyə verilmişəmmiş. Və həmin borcu peniyası ilə birgə bir həftəyə ödəməsəm, əmlakım müsadirə olunacaqmış. Lap dirənsəm, bir ay inzibati həbsi də gözümün altına almaq varmış. Məktubla gedib and-aman edirəm ki, 2008-ci ilin noyabrından düz bir il ağır qəza səbəbilə yataqda olmuşam, məhkəmə çağırışı almamışam. O borcdan, o məhkəmədən xəbərim yoxdur. Məmurun üzü türkün sözü, “məhkəmə divarı” kimidir.

“Dəxli yoxdur, ödəməlisiz,”- deyir. Hüquqi dövlətdən danışıram, reaksiya olmur. Axırda çığırmaq istəyirəm ki, ölkədə dərəbəylik-zaddır? Ha çalışıram, səsim çıxmır. Yaxşı da çıxmır. Çünki dərhal yadıma düşür ki, bəli, dərəbəylikdir. Dərəbəylik olmasaydı, indi istinad edilən “məhkəmə iclasının” hakimi özünü bir zamanlar məni ömürlük şikəst edən əhlikef sürücünün vəkili kimi aparmazdı. Həftədə barışıq təklifi ilə evimizə zəng vurub əzabımızı daha da artırmazdı. O qədər ki, axırda bezib “nə oyundan çıxırsınız çıxın, təki yaxamızdan əl çəkin,”- deyək. Söz ağızdan çıxar-çıxmaz ertəsi gün sevincək məhkəmə qurub aralarındakı haqq-hesabı reallaşdırmazdılar.

Bir tərəfdən də ölkədəki islahatlara köklənərək, “bunlar çoxdan olmuşdu” deyə təskinlik tapmağa çalışırsan. Bəlkə daha dərəbəylik deyil? O boyda addımlar boşamı atılıb? Qoy indi gəlib olmayan əmlakımı müsadirə etsinlər, görək necə edirlər. Qəfil beynimə gələn islahatdan elə yüngülləşdim ki, ürəyimdə mənə “xox gələn” gənc məhkəmə məmurunu da bağışladım.

Hadisədən bir-iki ay keçdi, kimsə qapımızı döyüb icra söhbəti etmədi. Deməli, bunlar da anlayıblar ki, islahatların bərk gedən vaxtında xalqa nahaqdan ilişmək olmaz. Söhbəti bitiriblər. Bax, belə oturarsınız yerinizdə. Bu münasibətlə xeyli şirin xəyallar qurduğum yerdə pensiyanın verildiyini də eşidib ikiqat sevindim. Qışdan çıxmış evin borcu-xərci çox olar, üstəlik günlər uzandıqca qida tələbatı artır. Dükanlar nisyənin limitini azaltmağa məcbur olurlar. Bu arada ağlıma daha bir gözəl fikir gəldi ki, prezident əlini islahata bulaşdırmışkən nə ola nisyə dəftərlərini bağlatdıra. Bütöv olmasa da hətta yarıbayarı nisyələr silinsə bu xalqın canı dincələr. Belə pozitiv düşüncələrlə bankomata nə zaman çatdığımı bilmədim. Pulu götürüm deyəndə gözüm monitordakı rəqəmə ilişib qaldı. Pensiyanın böyük bir parçası yox idi...

Allahım, heç olmasa nisyə borcların yarısının silinməsini arzulamışdım axı. Tam tərsi ilə qarşılaşdım... Burada olmalı məbləğin hər manatının qabağından keçib evə gedəcəyim məhlə dükanından başlayan o qədər yanan yeri vardı ki. Birdən bu işdə bir yanlışlıq olduğunu düşündüm. Düzgün hesablamayıblar yəqin. Yəqin nədir, mütləq elədir. Rəqəmdir də, fond əməkdaşının əlindən qaçıb kompüterə səhv vurulub. Yoxsa islahatların şirin yerində vətəndaşın hisslərilə bu cür oynamazlar. Beynəlxalq bankın qabağında olduğumu xatırlayıb içəri keçdim. Bankın əməkdaşı Nicat var. Adam bank məmuru barədə səmimi sözlər deməyə də qorxur. İntəhası, tanıdığım vaxtdan bəri o gəncin hər kəsi diqqətlə, hörmətlə dinlədiyini görmüşəm. Beynəlxalq Bankın əsasən yaşlılardan və əlillərdən ibarət müştəri kimliyini nəzərə alsaq, sadəcə bu münasibət təsəlliyə çevrilir.

Pensiya fondundan cavab verirlər ki, məlum məbləğ icra şöbəsinin təqdim etdiyi məhkəmə qərarı əsasında tutulub. Nicat əlillik pensiyasını vurğulayaraq yenə nəsə anlatmağa çalışır. Dəxli olmadan güclə dillənib vallah, o məhkəmədən qətiyyən xəbərim olmadığını söyləyirəm. Qarşısında hər gün müşkülə salınmış neçə çarəsiz adam oturan savadlı mütəxəssisə iki üstəgəl iki elmini “izah etmək” bir şey...

Otuz-qırx qəpiklik marşruta sığışmayıb evə taksi ilə getmək qərarına gəldim. Onsuz da pensiya ilə bağlı planlar pozulmuşdu. Üç artıq, bir əskik nə edəcək ki? Radioda islahatdan danışırdılar. Sürücü səsi azaldıb sözlü-sözlü soruşdu:

– İslahat zarafatına necə baxırsız, Nazlı xala?

Son zamanlar belə ləzzətli tərif eşitməmişdim. Kefli-kefli cavab verdim:

– Elə zarafat kimi, xala qurban.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Pазделы:  
Короткие линки:   http://mtv.re/0aaziw

Самое читаемое