Saməddin Məmmədov

Источник: Foto: Meydan TV

Başlıq: Saməddin Məmmədov

Cəlilabad sakinləri: Rayona gələn yardımlar kasıblara çatmır

“Heydər Əliyev Fondunun ehtiyaclı ailələr üçün göndərdiyi yardımları məmurlar öz aralarında bölüşdürürlər”

“Cəlilabad rayonunda yardım almaq üçün kasıb yox, ya YAP üzvü olmalısan, ya arxan hansısa məmura bağlı olmalıdır, ya da hakimiyyətə, məmura qarşı hədsiz yaltaq olmalısan. Karantin başlanandan yardımlar belələrinə paylanılır, kasıb, məzlum kənarda qalır”.

Cəlilabad sakinləri iddia edirlər ki, Heydər Əliyev Fondu tərəfindən rayona və kəndlərə göndərilən ərzaq yardımları vəzifəli şəxslərin yaxınlarına paylanılır. Rayon sakini Saməddin Məmmədov Meydan TV-yə danışır ki, onun qızı 3 uşağı təkbaşına və çətinliklər içərisində saxlayır. Ancaq bu ailəyə yardım bağlamalarından pay düşməyib.

“3 uşaqlı tək anaya nə ərzaq verilir, nə də 190 manat...”

“Ehtiyaclı ailələr adına göndərilən yardımlar imkanı olan şəxslər arasında bölüşdürülür. Buna görə Şiləvəngə kənd icra nümayəndəsi də işdən çıxarıldı, cinayət məsuliyyətinə cəlb olundu, hətta 1-2 gün polisdə də saxlanıldı. Ancaq nə faydası? Digər icra nümayəndələri yenə öz işindədir. Sadəcə, 1-2 nəfəri tutmaqla xalqın gözünə kül üfürürlər. Yaxın kəndlərdə tanıdığım ailələr var, acından ölür, ancaq qapıları yardım qutusu paylayanlar tərəfindən bircə dəfə də döyülməyib. Şəxsən mənim kürəkənim həbsdədir, qızım 3 azyaşlı övladını tək saxlayır, uşaqlardan biri serebral iflicdən əziyyət çəkir, qızım işləmir və o ərzağa da, o 190 manata da çox ehtiyacı vardı, heç birini vermədilər. Sadəcə əhalidə o qədər polis xofu yaradıblar ki, adamlar səslərini çıxarıb deyə bilmirlər ki, bu qutu niyə kasıbın yox, imkanlının qapısına getdi...”, - Saməddin Məmmədov deyir.

“Kazımabadda da yardımlar mənimsənilir”

Rayonun Kazımabad kənd sakini Anar Ağayev deyir ki, bu kənddə də eyni durumdur:

“Heydər Əliyev Fondu tərəfindən göndərilən yardım bağlamaları gecələr vəzifəli şəxslərin qohum-əqrəbalarının evinə ötürülür. Kəndə yolunuz düşsə, burda hamının ürəyi doludur, baş verənləri sakinlər sizə yerli-yerində danışar. İşləməyən, heç bir gəliri olmayan aztəminatlı ailələr kənarda qalıb, altında 40-50 min manatlıq maşını olanlar evlərinə ərzaq bağlamaları daşıyır”.

Cəlilabad Rayon İcra Hakimiyyətindən isə Meydan TV-yə bildirilib ki, deyilənlər əsassızdır:

“Həm Heydər Əliyev Fondu, həm də icra hakimiyyəti xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə rayonda diqqət və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə maddi və mənəvi dəstək göstərilməsi istiqamətində sosial aksiya keçirir. Bir neçə gün əvvəl isə Göytəpədə və Privolnoye kəndində yaşayan rus xalqının nümayəndələri də daxil olmaqla 250 ailə ziyarət edildi, onlara ərzaq məhsullarından ibarət sovqatlar paylandı. Bu aksiyalar karantin rejimi bitənədək davam edəcək”.

Onu da bildirdilər ki, mayın 4-də Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə videoformatda müşavirə keçirib. O, icra nümayəndələrinə aztəminatlı ailələrə ərzaq bağlamalarının paylanılmasında diqqətli olmaq, şəffaflığı qorunmaqla bağlı xəbərdarlıq edib.

Karantin dövründə Heydər Əliyev Fondu tərəfindən bölgələrdəki aztəminatlı ailələrə göndərilən ərzaq yardımlarının yaxın qohumlara paylanması ilə bağlı bir neçə gün əvvəl Cəlilabadın Şiləvəngə kənd icra nümayəndəsi Bağır Şirəliyev, Zərdabın Məmmədqasımlı kənd icra nümayəndəsinin müavini Mətaf Mikayılov tutduqları vəzifələrindən azad edilib. Hər ikisi barəsində yaşadıqları ərazi üzrə prokurorluqlarda cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidməti bununla bağlı mayın əvvəlində yaydığı məlumatda qeyd edib ki, hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edib.

Пока вы здесь ...

У нас есть небольшая к вам просьба. В среде, где информация находится под жестким государственным контролем, Мейдан ТВ усердно работает над тем, чтобы обеспечить доступ к качественной независимой журналистике. Мы проливаем свет на истории, которые вы иначе не прочитали бы, так как мы считаем, что те, кто не может высказаться, заслуживают быть услышанными, а те, кто находится у власти, должны быть привлечены к ответственности. Мы вкладываем в это значительное время, усилия и ресурсы, поэтому нам нужна ваша помощь.

Ваша поддержка дает возможность нашим смелым журналистам, многие из которых работают под большой угрозой своей личной свободе и безопасности, продолжать свою деятельность. Каждый вклад в защиту независимой журналистики в Азербайджане имеет значение. Спасибо.

ПОДДЕРЖИТЕ НАС
Bölmələr:  
Короткие линки:   http://mtv.re/lwzt32

Самое читаемое