”Aqil Layıcovun vəkillik fəalliyyəti dayandırılıb”

Vəkil hakimin şikayəti əsasında cəzalandırlıb

Source:
Aqil Layıcov
Aqil Layıcov


Vəkil hakimin şikayəti əsasında cəzalandırlıb

Vəkil Aqil Layıcovun vəkillik fəaliyyətinin dayandırıldığı bildirilir. Meydan TV-yə daxil olan məlumatda deyilir ki, o, 6 aylıq cəzalandırılıb:

“Vəkillər Kollegiyasının rəhbərliyi Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun şikayətilə onu cəzalandırıb. Şikayət də təxminən on ay əvvəl olub. Aqil Layıcovun mantiya geyinmədiyini, məhkəmə zalının qapısını çırpdığını və s. yazıb”.

Vəkillər Kollegiyası oktyabrın 30-da yaydığı məlumatda Rəyasət Heytinin həmin gün iki vəkilin fəaliyyətinin dayandırılması barədə qərar verdiyini bildirmişdi. Lakin həmin vəkillərin kimliyi açıqlanmamışdı.

Meydav TV xəbəri dəqiqləşdirmək üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırova müraciət etsə də, o, suala konkret cavab verməyib. Bildirib ki, onlar cəzalandırılan vəkillərin adlarını açıqlamırlar: “Əgər vəkil özü istəsə, açıqlaya bilər, amma biz adları demirik”.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvlərindən biri isə məlumatın dəqiq olduğunu bildirib.

A.Layıcov özü isə telefon zənglərinə cavab verməyib.

Vəkilin cəzalanmasının rəsmi səbəbkarı olan Ceyhun Qədimov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsində bloger Mehman Hüseynovun iki il azadlıqdan məhrum edilməsi barədə hökm çıxaran hakimdir.


A.Layıcov

“Beynəlxalq Bank”ın sədri Cahangir Hacıyevin də vəkilidir. Sentyabrın sonlarında C.Hacıyevin bacısı Əminə Hacıyeva prezidentə və ictimaiyyətə müraciətində qardaşını müdafiəsiz qoymaq üçün onun vəkilini cəzalandırmaq istiqamətində addımlar atıldığını bildirmişdi.

C.Hacıyevin digər vəkili Fəxrəddin Mehdiyev də 2018-ci il yanvarın 22-də cəzalandırılıb. C.Hacıyevin ittihamlara cavabını mətbuata çatdırmaqda günahlandırılan F.Mehdiyevin vəkillik fəaliyyəti 1 illik dayandırılıb.

Ana səhifəXəbərlər”Aqil Layıcovun vəkillik fəalliyyəti dayandırılıb”